Icma.az
close
up
RU
İdarə Heyətinin sədri: BFB region ölkələrinin fond birjaları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır

İdarə Heyətinin sədri: BFB region ölkələrinin fond birjaları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

“Bakı Fond Birjası” (BFB) QSC regionun fond birjaları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Fond Birjası” QSC İdarə Heyətinin sədri Ruslan Xəlilov məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd yerli broker və investisiya şirkətlərinin xarici bazarlara çıxışını asanlaşdırmaq, eyni zamanda, xarici iştirakçıların Azərbaycan bazarına inteqrasiyasını təmin etməkdir. O əlavə edib: “Məsələn, Əbu-Dabidə fəaliyyət göstərən istənilən broker və ya investisiya təşkilatı BFB-nin uzaq üzvü kimi öz məhsullarını bizim bazarda təqdim edə bilər. Eyni zamanda, Azərbaycanda istənilən broker şirkəti Əbu-Dabi, Oman və ya Qazaxıstanın birjalarına qoşula bilər”.

R.Xəlilov hesab edir ki, bu addımlar bazarın həm tələb, həm də təklif tərəfində genişlənməsinə gətirib çıxaracaq: “Amma bu sahədə müəyyən hüquqi çətinliklər var və normativ bazada müvafiq dəyişikliklər gözlənilir. Bu, birgünlük proses deyil, mərhələli transformasiyadır. Son 3-4 ayda texniki diaqnostika aparılıb, infrastrukturun gücləndirilməsi istiqamətində işlər görülüb”.

BFB rəhbəri bazar iştirakçılarının fəallığının artırılması üçün yeni görüşlərin keçirildiyini, sadə və çevik istifadəni təmin edəcək texniki həllərin yaradıldığını da vurğulayıb: “Hər kəs işlədiyi bank və ya investor proqramı vasitəsilə bazara daxil olmalı, lazımi qiymətli kağızları rahat alıb-sata bilməlidir. Biz bu istiqamətdə inteqrasiyanı artırmağa çalışırıq”.

R.Xəlilov Bakı Fond Birjasında rəqəmsal istiqrazlar bazarının fəaliyyətə başlaması üçün hazırlıqların getdiyini də bildirib: “Bu ilin üçüncü rübünün sonu və ya yaxın üç ay ərzində ikinci istiqraz bazarının açılması nəzərdə tutulur. Onların həyata keçirilməsi səhmlərin reallaşdırılmasından fərqlidir. İstənilən vaxt səhmləri alıb-satmaq olar, lakin istiqrazların fiksasiya edilən və müxtəlif alətlər olduğunun nəzərə alaraq, burada fərqli yanaşma tələb olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri