İdarə Heyətinin sədri: Gəncədə nişanlanan ağacların sayı, yerləri və onların yerinə əkiləcək bitkilər barədə məlumatlar ictimaiyyət üçün əlçatan olacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 avqust, AZƏRTAC
Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanması işlərinin aparılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
“Bundan əlavə, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir”,- deyə M.Qənbərov əlavə edib.
Onun sözlərinə görə, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni bitkilər barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq. Bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















