Icma.az
close
up
RU
İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 may, AZƏRTAC

“Bakı şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir. Paytaxt ərazisində qəzaların baş verməsinin əsas səbəbi sürət həddinin aşılması, ara məsafənin saxlanılmaması, sükan arxasında telefondan istifadə, yol ayırıcını keçmə, manevr etmə və nasaz nəqliyyat vasitələrindən istifadədir. Sürücülər daha diqqətli olmalı və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər. Eyni zamanda, hər bir yol hərəkəti iştirakçısı qaydalara ciddi şəkildə riayət etməli, özünün, eləcə də digər hərəkət iştirakçısının həyat və sağlamlığını təhlükə altına atmamalıdır”.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli deyib.

T.Nəsirli vurğulayıb ki, yollarda sürət həddinin aşılması nəinki qanun pozuntusu, eyni zamanda, insan həyatına yönəlmiş təhlükədir. Onun sözlərinə görə, ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır: “Bu cür məsuliyyətsiz davranış nəticəsində ailələr övladlarını, doğmalarını itirirlər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, həm digər nəqliyyat vasitələrindəki şəxslərin, həm də piyadaların həyatını təhlükəyə atmaq deməkdir. Sürücülər bilməlidirlər ki, yol nişanlarında göstərilən sürət həddi insan həyatının sərhədidir. Onlar qanunla müəyyən olunmuş sürət həddinə, yol və hava şəraitinə uyğun hərəkət etməlidirlər”.

İdarə rəsmisi həmçinin əlavə edib ki, paytaxtda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir. Sürücülərin nəqliyyat vasitələrinin digər alternativ yollara istiqamətləndirilməsi təmin edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri