Icma.az
close
up
RU
“İddiamız yoxdursa, meydana çıxmağa dəyməz”

“İddiamız yoxdursa, meydana çıxmağa dəyməz”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Zaqatala” I Liqada 12 turdan sonra 17 xalla 5-ci sıradadır. Komanda üçüncü pillədəki “Səbail”dən 5, lider “Şəfa”dan isə 13 xal geri qalır.

Mövsümün ikinci dövrəsinə hazırlıqlarına start verən bölgə klubunun baş məşqçisi Rüstəm Məmmədov “Futbolpress.az“a açıqlamasında klubdakı son durumu dəyərləndirdi:

“Yanvarın 10-dan məşqlərimiz başlayıb. 3 yoxlama oyunu keçirəcəyik. “Araz-Naxçıvan”, “Qax” komandası və “Mingəçevir”lə sınaq matçımız olacaq. Heyətlə bağlı da işlər gedir. Ola bilsin, 1-2 oyunçu getdi, 1-2-si də gəldi”.

Mütəxəssis komandanın çempionatdakı iddiasına toxundu:

“Hamımız çempion olmaq istəyirik, amma reallıq var. Futbolda hər şey mümkündür. Məsələn, hamı “Səbail”dən liderlik gözləyirdi, amma son turda autsayderə uduzdular. İddiamız yoxdursa, meydana çıxmağa dəyməz. Heç nədən əlimizi üzməmişik. Düzdür, lider “Şəfa”ya çatmaq çətindir, ancaq “üçlük”də yer ala bilərik. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Futbol meydanda oynanılır və heç kim heç kimdən üstün deyil. Əsas məsələ əziyyət çəkmək, mübarizə aparmaqdır. Əlimizi-qolumuzu sallayıb kənara durmuruq. Azı “üçlük” üçün mübarizə aparacağıq”.

Məmmədov klubdakı sponsor problemlindən söz açdı:

“Düzdür, sponsor problemi illərdir davam edir. Ümid edirik, bu məsələ də həll olunar. Mən baş məşqçiyəm və müəyyən imkan daxilində oyunçu gətirə bilirəm. Düzdür, özümün yayda təkliflərim var idi. Lakin mənimçün əsas məqam klubun layihəsi, iddiasıdır. Məsələ pul deyil. Açığı, təkliflər arasında indiki maaşımdan ikiqat çox verən də var idi, amma baxırsan, klubun iddiası o deyil. Belə gedib bir il işləyib, sonra çıxmağın mənası yoxdur. Hamı iddialı, böyük klubda olmaq istəyir. Ancaq mənimçün klubun məqsədləri də önəmlidir. Qısamüddətli işə ehtiyac yoxdur. Müvəqqəti yer üçün buranı qoyub getmək düzgün olmaz. Bizim uşaq komandalarımız da var və çalışırıq ki, onlara da nəzarət edək”.

Uzun müddətdir, I Liqada çalışan Məmmədov çempionatdakı gənc oyunçuların Premyer Liqa klublarına keçid şanslarından danışdı:

“I Liqada Premyer Liqa təcrübəsi olan potensiallı oyunçular var. Bizdə elə problem var ki, gənclər I Liqadan Premyer Liqaya gedir, sonra psixoloji problemlər yaşamağa başlayır. Kimisi pula üstünlük verir, qərarında tələsir. Kimisə də gedir ehtiyatda qalır, sonra deyir niyə gəldim. Buna görə gənclər səbirli olub, vaxtını gözləməidir. Bizdə təəssüf ki, gənclər böyük ümidlərlə Premyer Liqaya gedir, amma baxırsan, 5 dəqiqə şans qazanır, sonra eniş yaşayır. Potensallı futbolçularımız çoxdur sadəcə zamanlarını gözləməlidirlər”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri