IDEA Qobustanda kütləvi ağacəkmə aksiyası təşkil edib
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Qobustan rayonunun Təklə kəndi ərazisində təşkil olunan aksiyada IDEA könüllülərinin iştirakı ilə 1 000-dən çox şam ağacı əkilib.
Kampaniya çərçivəsində keçirilən aksiyalarda hər regionun torpaq-iqlim şəraitinə uyğun ağac növlərinə üstünlük verilir. Bu məqsədlə ərik, iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd və şabalıd ağacları əkilir.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl Marafon") əsas məqsədi ölkədə yaşıllıq sahələrini artırmaq, ağacəkmə ənənəsini təşviq etmək, ətraf mühitin mühafizəsinə və ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə töhfə vermək, eləcə də yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərini genişləndirməkdir.
"Yaşıl Marafon" çərçivəsində 2026-cı ilin payız və 2027-ci ilin yaz əkin mövsümlərində ölkə üzrə 2 milyondan çox ağacın əkilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Noyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















