Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

İdeyalar aləminə səyahət

İdeyalar aləminə səyahət

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Tomas Mannın “Sehirli dağ” romanı haqqında

Bilmirəm nə dərəcədə doğru təsbitdir, bu əsər iyirminci əsr Avropa ədəbiyyatında intellektual roman janrının bünövrəsi sayılır. Onun yazılmasına yazıçının yəhudi əsilli ömür-gün yoldaşı Katya xanımın müalicə olunduğu bir Davos sanatoriyasında üç həftə boyunca gördükləri təkan vermişdi. Müəllif əvvəlcə mövzunu təxminən “Venesiyada ölüm” həcmində bir novella çərçivəsinə sığdırmağa çalışsa da, sonralar əsər çərçivəsini sındırıb böyüdükcə böyümüş, iki cildlik, min səhifəlik nəhəng romana çevrilmişdi. Həm də proses boyunca əsərin təkcə həcmi yox, məzmunu, üslubu da dəyişmişdi - siftəcə Tomas Mann həyat gerçəkliyindən ölümcül xəstəliyə sığınan adamlar haqqında satirik povest yazmağı planlasa da, sonradan əsər metafizik problemlərin çözüldüyü mistik-alleqorik romana qədər qol-budaq atıb ciddi fəlsəfi-intellektual xarakter almışdı.

Yazıçı sehirli dağın zirvəsinə dırmanmağa ilk dəfə 1912-ci ildə cəhd göstərmişdi, ancaq araya ayrı işlər, üstəlik də dünya müharibəsi girdiyindən işinə fasilə verib, müharibədən sonra mövzuya yenidən qayıtmışdı. 1924-cü ildə kitab işıq üzü görəndə Tomas Mannın əlli yaşının tamam olmağına bir il vardı. Bu roman onu hələ “Buddenbroklar”a görə mükafatlandırmaq istəyən, ancaq müəllifin çox gənc olması üzündən buna cəsarət eləməyən Nobel komitəsinin də tərəddüdünə son qoymuşdu. 1929-cu ildə Tomas Mann ən nüfuzlu ədəbi mükafata layiq görüləndə hər biri “Sehirli dağ” kimi yazıçının şah əsəri sayılmağa iddialı “İosiflə qardaşları”, “Doktor Faustus” romanlarının ərsəyə gəlməyinə hələ uzun illər vardı.

Əsər tərbiyəvi roman (pedaqoji roman da demək olar) qəlibində yazılıb. Əlbəttə, müəllif burada kimisə tərbiyələndirməyin qayğısına qalmayıb, oxucuya öyüd-nəsihət vermək onun heç xəyalından da keçməyib. Hələ onu demirəm ki, nə yazıçı, nə də onun baş qəhrəmanı əsər boyu konkret bir etik-fəlsəfi imperativ, ya hansısa mənəvi-əxlaqi konsepsiya, nümunəvi, ideal xarakter də ortaya qoymur. Bu baxımdan Dostoyevskinin, Tolstoyun bundan qabaq haqqında danışdığımız sosial qəlibə salınmış romanları daha çox tərbiyəvidir, nəinki bu roman. Əvvəllər də söylədiyimiz kimi, müxtəlif mövzu qəliblərinə (müharibə romanı, məhəbbət romanı, sosial roman, siyasi roman, psixoloji roman, detektiv roman, fantastik roman, məişət romanı...) salınmış romanların ideya-məzmunu, məğzi bir-birindən tamam fərqlənə bilər; məsələn, Tolstoyun savaş romanıyla Remarkın müharibə romanı, Floberin məhəbbət romanıyla Drayzerin sevgi (qadın) romanı, Jül Vernin fantastik romanıyla Markesin fantasmoqorik romanı, yaxud da Konan Doylun cinayət təhqiqatlarıyla Züskindin fəlsəfi detektivi arasında yerlə göy qədər məsafə var. “Sehirli dağ” romanı da oxucusunun olsa-olsa intellektini itiləyə, zəkasını tərbiyələndirə bilər.

***

Roman həm çox sadə, həm də çox mürəkkəbdir: ona görə sadədir ki, burada heç bir kəskin süjet, alabəzək interyer, intizarlı macəra, qəliz konflikt yoxdur; ona görə mürəkkəbdir ki, bu sadalananlar hamısı fikir müstəvisində, zehni arenada, ideya qatında baş verir, yəni burada hadisələr yox, düşüncələr toqquşur, insanlar yox, ideyalar mühakimə olunur, obrazlarsa konkret insanlardan çox mücərrəd ruhlara, ideoloji konstruktlara bənzəyirlər. Bədii məkanın episentri olan Davosdakı vərəm sanatoriyası dərələrdən, düzlərdən yüzlərlə metr yüksəklikdə qərar tutmuş, yer üzünün hay-küyündən, qayğılarından uzaq yarı gerçək, yarı xəyali bir ərazidir.

Əslində, bu sanatoriya da, sanatoriyanın yerləşdiyi “sehirli” dağ da metafizik aləmin alleqorik ifadəsidir, buranı Platonun ideyalar aləminə, Kantın noumenlər dünyasına, Hegelin məntiq səltənətinə, Yunqun arxetiplər yuvası kollektiv təhtəlşüuruna da bənzətmək olar. Bura göyün özüdür, buradan bütün yer üzünə yuxarıdan-aşağı baxılır. Bura düşmənçiliklərin barışdığı, ziddiyyətlərin qol-boyun gəzdiyi, təzadlı fikirlərin eyni vaxtda, eyni haqla mövcud olduğu,ideoloji xətlərin paralel yürüdüyü bir vəhdət məqamıdır. Bütün bunlarla yanaşı, bura həm də beynəlmiləl Avropanın mənəvi həyatının timsalıdır.

Burada zaman durğundur, vaxt, demək olar, getmir, günlər əbədiyyət kimi bir-birinə bənzəyir. Burada həyatla ölüm iç-içədir, qardaşdır; həyat ölümə, ölüm həyata nəinki qarşı çıxmır, tam tərsinə, ikisi də bir-birini tamamlayır, bir-birinə dəstək verir, bir-birini törədir. Vərəm sanatoriyasında hamı er-gec öləcəyini dəqiq bilir, bununla belə hər kəsin kefi kökdür, heç kim gününü ah-vayla keçirmir, danışırlar, gülürlər, şənlənirlər. Sanatoriya eynən Tanrı dərgahı kimi həm istirahət, əyləncə, həm də xəstəlik, işgəncə səltənətidir, başqa sözlə, cənnət də, cəhənnəm də buralardadır.

Burada ölümlə dirim yanaşı addımlayır, ölümlü faniliklə ölümsüz əbədiyyət astarla üz kimi doğma, ayrılmazdır. Yazıçı qəhrəmanını bu ucalığa aşağıdan - ötəri qayğılar qazanında qaynayan şəhər həyatının içindən, sabahının ardınca qaçmaqdan çərləyən şəhər adamlarının arasından seçib ayırıb gətirir, onu bir növ elçi kimi yerlə göy arasında izdivac bağlamaq üçün Alp dağlarının zirvəsinə qaldırır. Görəsən, bu izdivacdan nəsə törəyəcəkmi?..

***

Həcminə görə romanda elə də çox personaj yoxdur. Hər personajın konkret adı, nəsli-kökü, yeri-yurdu, ölkəsi, milliyyəti, peşəsi, sənəti olsa da, onların hər biri ruhən hansısa ideyanın, fəlsəfi konsepsiyanın, psixoloji temperamentin həm təcəllası, həm də təmsilçisidir. Onların bəzisi əsər boyunca sağalıb sanatoriyadan evə buraxılır, bəzisi elə həkim nəzarəti altında canını dağlara tapşırır.

Süjet əsasən sanatoriyada cərəyan eləyir, hadisələr (əgər bunlara hadisə demək olarsa) müxtəlif fikir toqquşmaları üçün fon rolunu oynayır, yəni süjet də, hadisə də bu romanda ikinci dərəcəli əhəmiyyət daşıyır. Kitab cəmi yeddi fəsildən ibarət olsa da, fəsillərin həcmi əvvəldən axıra getdikcə böyüyür, xüsusən də sonuncu fəsillərin hər biri, demək olar, bir roman həcmindədir; üstəlik, fəsillər özləri də konkret problematikadan doğan ayrı-ayrı yarımbaşlıqlar altında yarımfəsillərə bölünür. Bölgü zahirən qeyri-mütənasib, nizamsız görünsə də, yeddi rəqəmi əsərdə magik mahiyyət daşıyır. Təkcə bunu demək yetər ki, xəstə qohumuna baş çəkmək üçün İsveçrənin Davos kurort şəhərinin yaxınlığında, Alp dağlarının zirvəsində yerləşən, müəllifin “Berqhof” adlandırdığı sanatoriyaya üç həftəliyinə gəlmiş baş qəhrəman Hans Kastorp burada nə az, nə çox, düz yeddi il ləngiyəsi olur.

Hans almanların olduqca populyar sadəlövh nağıl qəhrəmanı (müəllif ümumən hər bir personaja xasiyyətinə, mahiyyətinə uyğun ad verib), yeddi rəqəmi isə əbədiyyət rəmzidir. Alleqorik xarakter daşıdığına görə əsərdə belə simvollar, göndərmələr, şərtiliklər həddindən artıq çoxdur (hətta ölümcül xəstəlik özü də metaforadır), onların hər birinin üstündə durmaq üçün ən azı romanın özü boyda bir kitab yazmaq lazım gələrdi. Üzdə son dərəcə yenilikçi təsir bağışlayan intelligent surətlərin, dövrü üçün ultramüasir sayılası intellektual söhbətlərin belə dərinliyindən cürbəcür mifik obrazların, əsatiri süjetlərin, tanrıça Veneranın toruna düşüb yeddi il əsirlikdə qalmış aşiq cəngavər, sərgərdan şair Tanheyzer haqqında qədim german əfsanəsinin qulağı görünür.

davamı növbəti sayımızda

F.Uğurlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri