İdman Akademiyasının əməkdaşı beynəlxalq konqresdə FOTO
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşı Zərifə Kamilova Avropa Preventiv Kardiologiya Assosiasiyasının (EAPC) Milanda keçirilən konqresində iştirak edir.
"Unikal" xəbər verir ki, konqresdə həm idman kardiologiyası, həm də ürək reabilitasiyası üzrə son elmi nəaliyyətlərin, araşdırmaların nəticələri təqdim olunur.
Z.Kamilova UCL-da aparılan elmi işi əsasında ASA-nın İdman tibbi tədqiqatları laboratoriyasında icra edilən “Azərbaycan milli rəqslərinin enerji dəyərinin ölçülməsi” tədqiqatının və “Rəqs terapiyasının qeyri-infeksion xəstəliklərdə effektivliyi” ədəbiyyat xülasəsinin nəticələri ilə bağlı elmi poster təqdimatı ilə çıxış edir.
Qeyd edək ki, Zərifə Kamilova Azərbaycan İdman Akademiyasının (ASA) UCL Universiteti ilə əməkdaşlığı çərçivəsində Böyük Britaniyada doktorantura (PhD) təhsili alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















