Icma.az
close
up
RU
İdman Arbitraj Məhkəməsi Beşiktaş lı futbolçu ilə bağlı qərarını verdi

İdman Arbitraj Məhkəməsi Beşiktaş lı futbolçu ilə bağlı qərarını verdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Karyerasını ''Beşiktaş''da davam etdirən Joao Mario ilə bağlı keçmiş dönəmə dair İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı məlum olub.
''Football-plus.az'' xəbər verir ki, Mario Portuqaliya yığması ilə AÇ-2016-nın qalibi olduqdan sonra həmin yay 44 milyon avro qarşılığında ''Sportinq''dən ''İnter''ə transfer olunmuşdu. Həmin vaxt iki klub arasındakı anlaşmaya əsasən Mario Portuqaliyanın başqa bir klubuna yollanacağı təqdirdə ''İnter'' ''Sportinq''ə əlavə təzminat ödəməli olacaqdı.
Bu futbolçunun İtaliya karyerası o qədər də uğurlu alınmadı. O, icarə əsasında ''Lokomotiv'', ''Vest Hem'' və yenə də ''Sportinq''in şərəfini qoruduqdan sonra 2021-ci ildə ''İnter''lə müqaviləsini qarşılıqlı şəkildə ləğv etdi və sərbəst oyunçu statusunda Portuqaliyanın digər nəhəngi ''Benfika''ya transfer olundu. ''Sportinq'' həmin an anlaşmanı əsas gətirərək italyanlardan təzminat tələb etdi. Amma ''İnter'' Marionun artıq onlara məxsus olmadığını və ''Benfika''ya sərbəst futbolçu kimi yollandığını bildirərək təzminat ödəməkdən imtina etdi.
''Sportinq'' istəyinə çata bilmədiyini görərək məsələni FİFA-ya daşıdı. FİFA bu məsələdə italyanların tərəfini tutunca ''Sportinq'' CAS-a da müraciət etməli oldu. Ancaq Lissabon nəhənginin ümidləri yenə doğrulmadı. İdman Arbitraj Məhkəməsi də FİFA-nın qərarını qüvvədə saxladı. İtaliya mətbuatının yazdığına inansaq, söhbət 30 milyon avroluq təzminatdan gedirdi.
Joao Mario ötən yay ''Benfika''dan ayrılaraq Türkiyəyə gəldi. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm ''Beşiktaş''ın heyətində 32 rəsmi oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 May 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri