İdman Arbitraj Məhkəməsindən klublararası dünya çempionatı ilə bağlı yeni qərar RƏSMİ
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İdman Arbitraj Məhkəməsi (CAS), FİFA-nın Meksikanın "Leon" klubunu qarşıdan gələn klublararası dünya çempionatından kənarlaşdırmaq barədə qərarını qüvvədə saxlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Leon" yarışın digər iştirakçısı "Paçuka" kimi eyni sponsora məxsusdur. Bu, mövcud reqlamentin pozulmasıdır. Klub apellyasiya şikayəti verib. Nəhayət, kənarlaşdırma ilə bağlı yekun qərar qəbul edilib.
CAS-ın son iclasında Kosta-Rika təmsilçisi "Alajuelense"nin həm "Leon"u, həm də "Paçuka"nı diskvalifikasiya etmək istəyi isə rədd edilib. Başqa sözlə, "Leon"dan fərqli olaraq, "Paçuka" bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək klublararası dünya çempionatında oynamaq hüququnu özündə saxlayır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 May 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















