Icma.az
close
up
RU
İdman Azərbaycanda daha da inkişaf edəcəkdir

İdman Azərbaycanda daha da inkişaf edəcəkdir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Dövlət siyasəti ilə tanındığı kimi iqtisadiyyatı, mədəniyyəti, incəsənəti ilə də tanınır.
Dövləti həm də bayrağı tanıdır. İdman yarışlarında qalib idmançı təmsil etdiyi dövlətin bayrağını dalğalandırır. Bu, şöhrət deməkdir. Bu baxımdan dövlətçilikdə idmanın da əhəmiyyəti danılmazdır. Dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradılması, 1997-ci il iyulun 31-də tanınmış idmançıların, idman mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda İlham Əliyev yekdilliklə MOK-un prezidenti seçildi. Bu seçim Azərbaycanda idmanın inkişafında bir mərhələ oldu...
Azərbaycanda idman indi də inkişafdadır. Maraq istəyə, istək məqsədə çevriləndə uğurlar çox olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışında dedi ki, “Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Azərbaycanda idmana qayğı dövlət siyasətinin tərkib hissələrindən biridir. Respublikada Olimpiya hərəkatı gücləndiyindən idmana maraq böyük sürətlə artıb. Dövlət başçımız bu tədbirdə idman infrastrukturunun yenidən qurulduğunu, indi ən yüksək səviyyədə olduğunu, bölgələrdə gərəkli şərait yaradıldığını, Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdığını, bölgələrdə Olimpiya İdman komplekslərinin sayının 46 olduğunu da qeyd etdi...
Dövləti həm də turizm tanıdır. Turizmin müxtəlif formlarından biri də beynəlxalq yarışlardır. Bakıda neçə-neçə yarış keçirilib. Bu yarışları izləmək üçün müxtəlif dövlətlərdən idman həvəskarları da gəlir. Onlar da turistdir və onlar da Azərbaycanı tanıya-tanıya tanıdır. Belə yarışlardan biri də “Formula 1” yarışlarıdır. Dövlət başçımız tədbirdə bu yarışlar haqqında da danışdı: “Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir...”...
Bu il ölkəmizdə MDB ölkələrinin üçüncü Oyunlarının keçirilməsi də Azərbaycanın idman dövləti kimi tanınmasının təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti cənab İlham Əliyev bu yarışların mahiyyəti və özəlliyi haqqında dedi: “Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir...”.
Tədbirdə dövlət başçımız qürurla bildirdi ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilib. Bu, beynəlxalq idman təşkilatlarının Azərbaycana, azərbaycanlılara, Bakıya sevgisinin təzahürüdür, dövlət başçımızın dediyi kimi, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Bu, təkcə idmançıları, idman mütəxəssislərini deyil, ümumən bütün vətəndaşları sevindirir, qürurlandırır...
2025-ci ilin idman yekunlarına həsr olunan tədbir respulikada idmana göstərilən dövlət qayğısının, vətəndaşların idmana münasibətinin, idmanın Azərbycanı dünyaya tanıtma vasitələrindən biri olduğunun təsdiqi kimi tarixləşdi. Azərbaycan gəncliyi bundan sonra da bu tarixləşmə prosesinin ən fəal icraçıları olacaqdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri