Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İdmançılarımızda qələbə əzmi çox güclüdür

İdmançılarımızda qələbə əzmi çox güclüdür

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Aprelin 30-da dövlətimizin başçısı İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Təbii ki, qazanılan hər bir uğur, qələbə dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin, həyata keçirilən kompleks tədbirlərin təqdimatıdır. İdmanın inkişafı dövlətimizin siyasətində prioritet istiqamətlərdən biridir. Hər il ənənəvi olaraq idmanın yekunlarına həsr edilən mərasimdə bu sahədə inkişafın əsas göstəricilərindən olan medalların ümumi sayı açıqlanır. Hər il bu sayda artımın müşahidə edilməsi hər birimizi qürurlandırır. İdmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qazanılan qələbələr Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağının yüksəklərə qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi ilə müşaiyət olunur ki, bu, həm ölkəmizin, həm də idmançılarımızda qələbə əzminin, məsuliyyətin təqdimatıdır. Son beş ildən artıq dövrdə bu məsuliyyət ikiqat artıb. İdmançılarımız yarışlarda qalib, suverenliyini tam bərpa edən Azərbaycanı təmsil edirlər. Prezident İlham Əliyevin sözügedən görüşdə qeyd etdiyi kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, idman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər hərtərəfli inkişafı təmin edir: “İdmanın inkişafına xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində xeyli sayda Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin bariz nümunələridir. Cənab İlham Əliyev qeyd etdiyimiz görüşdə də diqqəti idmanın inkişafı istiqamətində atılan addımlara yönəltdi. Vurğuladı ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. 30 ilə yaxındır Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, bu müddət ərzində, əlbəttə, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi gözümün önündə keçib. Neçə nəsil dəyişib, amma bu gün yenə də uğurlarla fəxr edirik. Bu əminlik də ifadə edildi ki, həm Güləş Federasiyası, həm də digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.Malik Həsənov vurğulayıb ki, dövlətimizin başçısının hər bir görüşü, çıxışı bu günümüzlə və gələcəyimizlə bağlı çağırışlarla zəngindir: “Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərkən bildirdi ki, federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri, həm də güləş zalları var. Ona görə bu seleksiya işi gələcək uğurlarımızın əsasını təşkil edəcək. Güləşimizin böyük ənənələri var və bu ənənələri yaşadırıq. Tanınmış güləşçilərlə bərabər, gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq, seleksiya prosesi düzgün qurulub. Azərbaycan güləşçilərinin qələbəsi bir daha göstərdi ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. İdmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.Millət vəkili diqqəti Azərbaycanın ev sahibliyi etdiyi idman tədbirlərinə yönəldərək ölkəmizin digər sahələrdə olduğu kimi, idmanda da böyük təcrübəyə malik olduğunu bildirib: “2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirildi. Ötən il isə ölkəmiz III MDB Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar təkcə idman yarışları kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. III MDB Oyunları yalnız Gəncə ilə məhdudlaşmadı, eyni zamanda, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olundu. Bu isə regionlarda idmanın və turizmin inkişafına müsbət təsir göstərdi. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini də nümayiş etdirdi. Bu kimi tədbirlər, eyni zamanda, idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha təsdiqləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri