Icma.az
close
up
RU
İdmandakı uğurlarımız ölkənizin bu sahədəki gələcəyinin nə qədər parlaq olduğunun göstəricisidir

İdmandakı uğurlarımız ölkənizin bu sahədəki gələcəyinin nə qədər parlaq olduğunun göstəricisidir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.” Bu fikirləri cənab Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında səsləndirib. Ölkə başçısı nitqində Müstəqil Azərbaycanın idman tarixinin səhifələrini vərəqləyərək onun keçmişinə, bu gününə və gələcəyinə nəzər salmış, idmanımız üçün dönüş nöqtəsi olan 1996-cı ili belə xatırlamışdır: “Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, bu məqsədi daşıyırdı ki, biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.”Doğrudan da, danılmaz bir faktdır ki, qalib ölkənin qalib xalqı kimi dünyamiqyaslı tədbirlərdə və müsabiqələrdə təmsil olunduğumuz 2024-cü il Azərbaycanda idman sahəsi üçün uğurlu olmuşdur. Milli komandalarımız ilin ən mühüm idman yarışı olan Yay Olimpiya Oyunlarında fenomenal nəticə göstərərək Vətənimizi 200 iştirakçı ölkədən ilk 30 -cu və 60-dan çox müsəlman ölkəsi arasından 3-cü pillədə qərarlaşdırmış, il ərzində keçirilən müxtəlif beynəlxalq yarışlarda 1700-dən çox medal qazanaraq bayrağımızı dalğalandırmışlar. Beləliklə, müstəqil Azərbaycanımızın yetişdirdiyi gənc idmançılarımız ötən illərdəki uğurlarını dəfələrlə artıraraq nəinki idman ənənəsinin Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu bir daha sübut etdi, eyni zamanda ölkəmizin idman şöhrətini yüksəklərə qaldırdı.
İdmandakı bugünkü uğurlarımız ölkəmizin bu sahədəki gələcəyinin nə qədər parlaq olduğunun, ölkəmizdə daha minlərlə, on minlərlə potensial dünya çempionların kəşf olunmağı gözlədiyinin göstəricisidir. Sözsüz ki, idmanın inkişafı insan kapitalının mövcudluğu ilə bu sahəyə öz əksini müxtəlif formalarda tapan dövlət qayğısının vəhdətinin nəticəsidir. Müstəqil Azərbaycanda idman qurumlarının, federasiyaların, klubların, və müvafiq dövlət strukturlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində mərkəzləşdirilmiş fəaliyyəti, müxtəlif bölgələrimizdə fəaliyyət göstərən 44 Olimpiya İdman Kompleksi və idman infrastrukturları şəbəkəsi, idman xadimlərinə verilən dövlət dəyəri, o cümlədən paytaxtımızın Avropa və İslam Həmrəylik oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi göstərir ki, bu cür genişmiqyaslı, hərtərəfli və ardıcıl nailiyyətlər təsadüfi deyil. Onlar uzun zaman ərzində həyata keçirilən məqsədyönlü strategiyanın birbaşa məhsuludur. Azərbaycan öz müvəfəqiyyətli idman siyasəti ilə dünyaya nümayiş etdirdi ki, idman uğurları bu sahəyə olan dövlət qayğısı ilə düz mütənasibdir.
Dövlət rəhbəri nitqinə ölkəmizdə qətiyyətlə davam etdirilən idman siyasətinin istiqaməti və gələcək persepktivləri haqqında məlumat verərək davam edib. Belə ki, növbəti il Azərbaycanda keçirilməsi planlaşdırılan Üçüncü MDB Oyunlarının təşkili məqsədilə Gəncə şəhərində yeni infrastruktur inşa edilərək əsaslı yenidənqurma işləri aparılır. 7000-dən çox idmançının iştirakının gözləndiyi tədbirin keçiriləcəyi yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verir, hətta funksionallıq baxımdan paytaxt Bakını dakı idman infrastrukturunu da keçir. Şübhəsiz, Gəncə şəhəri öz tarixi, mədəiyyəti və təbiəti ilə qonaqları təəccübləndirməyə hazırlaşdığı kimi, Azərbaycan idmançıları da 2025-ci il MDB Oyunları üçün ölkəmizi layiqincə təmsil etməyə dayanmadan hazırlaşır. Sözügedən tədbirdən əlavə işğaldan azad edilmiş ərazilərimizdə baş tutan idman infrastrukturlarının inşası burada salınan yaşayış məskənləri ilə birgə şəhərsalma planında önəmli rol oynayır. İdman obyektlərinin həm rəmzi, həm də funskional əhəmiyyətini vurğulayan cənab Prezident İlham Əliyev Ağdamda İmarət stadionun inşasının strateji mahiyyətini nümunə gətirib. Hazırda bu ərazilərdə Füzuli Olimpiya İdman Kompleksinin təməli qoyulub, Xankəndidə futbol stadionun inşası davam edir və artıq Şuşada bir neçə növ idman oyunları keçirilib.
Bir Azərbaycan gənci və həvəskar idmançısı kimi doğma Vətənimin idman sahəsində keçdiyi tarixi inkişaf yolunu izləmək, bu barədə öyrənmək, hətta yazmaq tərif ediməyəcək qədər qürurvericidir. Artıq bir neçə ildir ki, üzvü olduğum, fəaliyyətində yaxından iştirak etdiyim Azərbaycan Kapoeyra Federasiyası timsalında ölkəmizdə tamamilə ədalət prinsiplərinə əsaslanan idman siyasətinin məqsədyönlülüyünə, birmənalılığına canlı şahid olmaq və bu strategiyanın bir parçası olduğunu duymaq isə bu fərəh hissini qatbaqat artırır. Mənim simamda Vətən gəncinin qarşısında yeganə amal dayanır: Fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci kimi ölkəmizi idman və onunla məhdudlaşmayan digər sahələrdə, ölkə hüdudlarından kənarda və ümumiyyətlə, bütün zaman-məkan anlayışından və parametrlərdən asılı olmayaraq layiqincə təmsil etmək və bundan fəxarət hissi duymaq.
Gülnur Ağakişiyeva
Corc Vaşinqton Universitenin bakalavr tələbəsi,
Nəsimi rayon gənci
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri