Icma.az
close
up
RU
İdmanın inkişafı ölkənin ümumi inkişafı deməkdir

İdmanın inkişafı ölkənin ümumi inkişafı deməkdir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşklatının sədri

Ölkəmizdə hər ilin sonu və ya hər ilin əvvəlində idmançıların mənzillər, dövlət təltifləri ilə mükafatlandırılması həyata keçirilir. Artıq bu proses ənənə halını alıb və 27 ildir ki, davam edir. Ölkəmizdə idmanın inkişafı üçün bir çox amillər vəhdət təşkil edir. Burada ilk növbədə dövlətin dəstəyini qeyd etmək lazımdır.

Dekabrın 24-də 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan idmanına olan dövlət qayğısından geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini bərpa edib və xalqımız bununla qürur duyur. 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, hər yerdə - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə ədalət olmalıdır. Azərbaycan  buna çalışır.  Ölkə başçısı çıxışında bildirdi ki, şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Azərbaycan döyüş meydanındakı Zəfərinə idman qələbələrini də əlavə etdi və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, xalqımızın böyük sərvətidir.

2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən proseslərə də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə  idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyələrini də çatdırdı. Ölkə başçısı bildirdi ki, onlar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinə, həm də digər bölgələrə tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi əsas amildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri