Icma.az
close
up
RU
İdmanın dinamik və hərtərəfli inkişafı

İdmanın dinamik və hərtərəfli inkişafı

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda ilin idman yekunlarının müzakirə olunması artıq gözəl bir ənənəyə çevrilib. Hər ilin sonunda cənab Prezident İlham Əliyevin, Milli Olimpiya Komitəsinin (MOK) rəhbər şəxslərinin, idmançıların iştirakı ilə tədbir keçirilərək idman nailiyyətləri dəyərləndirilir, görüləcək işlər, perspektiv planlar müəyyənləşdirilir, uğurlara imza atan idmançılar, veteranlar mükafatlandırılırlar. Bütün bunlar, təbii ki, respublikamızda idmanın inkişafına güclü impuls verir və ölkəmizdə idmanın inkişafı ardıcıl xarakter alır. Bu baxımdan 2024-cü il də istisna təşkil etməyib. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2024-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı tədbirdəki nitqində idmançılarımızın mötəbər beynəlxalq yarışlarda inamlı qələbələr qazanaraq dünyanın müxtəlif arenalarında himnimizi səsləndirmələrindən, bayrağımızı yüksəltmələrindən məmnunluğunu bildirib: “İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.”

Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın dinamik və hərtərəfli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlayıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.

Qeyd etmək yerinə düşər ki, indiyədək görülən işlər, reallaşdırılan çoxsaylı tədbirlər ölkəmizdə müxtəlif idman növlərinin populyarlığının artmasına, daha çox sayda gəncin öz həyatını idmanla bağlamasına müsbət təsir göstərir. Son illərdə respublikamızda, nüfuzlu beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. Belə tədbirlər həmçinin cəmiyyətimizdə yüksək əhval-ruhiyyə yaradır, insanlara xoş ovqat bəxş edir.

Sevindirici haldır ki, gənclərimiz belə mötəbər yarışların təşkilində könüllü kimi iştirak etməyə böyük həvəs göstərirlər və təbii ki, onların idmana marağı da artır. Son toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir: “Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin”.

Xüsusi ilə qeyd etmək lazımdır ki, 2024-cü il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 1700-ə yaxın medal qazanmışlar. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.

Cənab Prezidentin bərpa olunan regionlarımızla bağlı idman ictimaiyyətinə və veteran idmançılara ünvanladığı mesaj da xüsusi diqqət çəkir: “Mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”. Bu o deməkdir ki, idman ictimaiyyətinin tanınmış nümayəndələri daha tez-tez bölgələrə üz tutacaq və yeni idmançı nəslinin yetişməsinə öz töhfələrini verəcəklər.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri