Icma.az
close
up
RU
İdrak Dadaşov: Şahmat beyinin gimnastikasıdır MÜSAHİBƏ İdman və Biz

İdrak Dadaşov: Şahmat beyinin gimnastikasıdır MÜSAHİBƏ İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Lənkəranda Azərbaycanın digər rayonlarına nisbətən şahmata maraq daha çoxdur”.

İdman.biz Cenublu.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq dərəcəli hakim, Əməkdar idman ustası İdrak Dadaşov deyib.

- İdrak bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1958-ci il avqust ayının 1-də Lənkəran şəhərində anadan olmuşam.

- Şahmata marağınız necə yarandı? Hakimlik karyeranıza necə başladınız?

- 6 yaşımdan şahmat oynamağa başladım. 61 ildir ki, şahmatla məşğulam. Orta məktəbdə oxuyan zaman dəfələrlə şahmat turnirlərinin qalibi olmuşam. İnstitut illərimdə də komandamız çempionluq əldə edib.

1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil oldum. 1981-ci ildə oranı bitirdim. Həmin ildə Lənkərana gəldim. 1988-ci ildə Lənkəranda məni Şahmat Məktəbinin direktoru təyin etdilər. 2018-ci ilə qədər – təqribən 30 il direktor olmuşam. İndi də həmin məktəbdə baş təlimatçıyam.

- Ailənizdə şahmat ilə məşğul olan var?

- Bəli. Biz ailədə beş qardaşıq. Məndən böyük üç qardaşım şahmat ilə məşğul idilər. Bizdə məhəllədə stol qoyurdular, hamı yığılıb, şahmat oynayırdı. Bir dəfə özümdən böyüklərə qalib gəldim. Dedilər ki, 6 yaşlı uşaq bu boyda kişilərə necə qalib gələ bilər?

- Şahmatda hakim olaraq qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?

- Çətinliyim olmayıb.

- Şahmatda ən çox rast gəlinən səhvlər və pozuntular hansılardır?

- Bilmək olmur. Cürbəcür olur. Polşada dünya birinciliyi üzrə yarış idi. 9-11 yaş qruplarına mən hakimlik edirdim. 9 yaşlı uşaqların oyununda pozuntu oldu. Uşaqlar dedi ki, digərinin əli fiqura dəyib. İkisi də ağlayırdı. İkisi də nə olduğunu düzgün izah etmirdi.

Elə etmək lazım idi ki, doğru olan ortaya çıxsın. Uşaqlardan birinə dedim ki, sən düz deyirsən. Dedi, bəli. Dedim, gizli kamera var. O kameraya baxacağam, əlin dəyibsə, yarışdan çıxaracağam. Dayandı, dedi onu hiss etmədim. Bəlkə də dəyməyib. Qorxdu ki, yarışdan çıxararlar. Boynuna aldı. Kamera heç yox idi.

- Hakimlikdə şəffaflıq və obyektivlik necə təmin olunur?

- Mən üç dəfə Avropa birinciliyində, bir dəfə dünya birinciliyində, Bakıda keçirilən beynəlxalq şahmat festivalında hakimlik etmişəm. Həmin festivalda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi şahmatçılarımızdan ibarət komanda, dünyanın ən güclü şahmatçıları iştirak etdirdilər. 100 ölkədən nümayəndə var idi. Həmin festivalın hakimi idim.

Yeganə idman növüdür ki, orada qeyri-şəffaflıq ola bilməz. Oynayırlar, gedişata baxırsan. Bütün gedişat da qeydə alınır. Bəzən elə olur ki, hakim həll etməlidir. Həmin zaman da obyektiv olmalısan. Haqq kimin tərəfindədirsə, onu deməlidir.

- Şahmat oyununun qaydalarında hər hansı bir dəyişiklik təklif etmək mümkündürmü?

- Qeyri-mümkündür. Bütün şahmat alt-üst olar.

- Lənkəranda şahmata maraq hansı səviyyədədir?

- Lənkəranda Azərbaycanın digər rayonlarına nisbətən şahmata maraq daha çoxdur. Bizim uşaqlarımız Azərbaycanı komanda birinciliyində layiqli şəkildə təmsil ediblər. Şahmatın uşaqların beyninin inkişafında faydası var.

- Şahmat təhsili ilə bağlı düşüncələriniz nədir? Bu idman növü uşaqların təhsilinə necə təsir edir?

- Bizim məktəbdə şahmatla normal məşğul olan uşaqlar Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. Bizim elə bir şagirdimiz olmayıb ki, uğur qazanmamış olsun. Hər biri də ürəyi istəyən ali məktəbə daxil olub. Məktəblinin 1 həftəyə hazırlayacağı materialı şahmatla məşğul olan şəxs bir günə hazırlayır. Şahmat sanki beyinin gimnastikasıdır. Yaddaşları da güclü olur. Çox savadlı da olurlar.

- Azərbaycanda şahmat, sizcə, əvvəlki illərə nisbətən daha çox inkişaf edib?

-1970-ci illərdə şahmatla məşğul olardım. Dünyanın ən güclü ölkələrinin adı olan siyahıda bizimkilərin adı yox idi. 1990-ci illərdən bu günə qədər inkişaf var. Şahmatla məşğul olanların sayı artıb. Dünya reytinqində ilk 20 şahmatçı arasında 5 azərbaycanlı şahmatçının da adına rast gəlmək mümkündür.

- Gənc hakimlərə və şahmatçılara nə məsləhət verərdiniz?

- Mənim məsləhətim odur ki, birinci qaydaları mükəmməl öyrənsinlər. Özün bilmədiyini başqasında tətbiq edə bilməzsən. Şahmat da da belədir. Özün bilməsən ki, tutaq ki, oyunçular arasında heç-heçə nə zaman olur, o zaman səhv etmiş olarsan. Bunları bilməlisən. Hakimlər mükəmməl bildikləri üçün izah edirlər. Bilməsən, necə hakimlik edə bilərsən?

- Hazırda övladlarınızdan sizin peşəni davam etdirən varmı?

- Xeyr, davam etdirmirlər.

- İdman ustası kimi gələcək planlarınızı bilmək olar?

- Mənim 67 yaşım olacaq. Nə gələcək planım ola bilər ki? Planlarımı həyata keçirirəm. İşlərimi başa vurmağı düşünürəm.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Yanvar 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see332

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri