Icma.az
close
up
RU
“İdrak” liseyi o hadisəyə görə cərimələnibmiş...

“İdrak” liseyi o hadisəyə görə cərimələnibmiş...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti “İdrak” liseyində Riyaziyyat müəllimi Şəhla Kərimovanın şagirdi tərəfindən güllələnməsini istehsalatda bətbəxt hadisə kimi qiymətləndirərək təhsil müəssisəsi barəsində protokol tərtib edib.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, protokolda qeyd olunub ki, “İdrak” liseyi istehsalatda baş verən bədbəxt hadisə faktını gizlədib və hadisənin araşdırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verməyib.

Buna görə də İnzibati Xətallar Məcələsinin 555.1-ci maddəsinə əsasən, lisey 1000 manat məbləğində cərimələnib.

“İdrak” liseyinin rəhbərliyi isə bu qərara etiraz edərək məhkəməyə üz tutub.

Şikayət ərizəsində qeyd olunub ki, DƏMX tərəfindən qərarın qəbulu zamanı ən fundamental hüquqi fərqləndirmə nəzərə alınmayıb. Belə ki, istehsalatda baş verən bədbəxt hadisə işçinin öz əmək funksiyasını icra edərkən qarşısıalınmaz texniki və ya təbii amillərin təsiri ilə zədələnməsidir. Lakin sözügedən hadisə üçüncü şəxsin birbaşa və qəsdən törətdiyi, mahiyyəti etibarilə cinayət xarakterli olan bir aktdır ki, bunun nə müəllimənin riyaziyyat tədrisi ilə, nə də müəssisənin istehsalat prosesi ilə uzaqdan-yaxından heç bir funksional bağlılığı yoxdur.

Binəqədi Rayon Məhkəməsi şikayəti əsaslı sayaraq təmin edib. Qərara əsasən, nazirliyin müvafiq qurumunun qərarı ləğv olunaraq, həmin iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.

Qeyd edək ki, məlum hadisəyə görə məktəbliyə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri