İdxal olunan elektrikli və hibrid avtomobillərin payı 2 dəfə artıb
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycana idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payı təxminən iki dəfə artıb.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan hökuməti ekoloji təmiz mühərrikli nəqliyyat vasitələrinin tədarükünü stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azad olma daxil olmaqla tədbirlər həyata keçirib. “Bu stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payının 10,5 %-dən təxminən 20 %-ə qədər, demək olar ki, iki dəfə artmasına səbəb olub”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















