İdxal olunan şaftalı və nektarin tinglərində virus aşkarlanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 19 fevral, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Elmin Cəlal oğlu Əhmədovun Türkiyədən idxal etdiyi tinglərdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tinglərdə karantin tətbiq edilən şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul olunub, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.
Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Bu mövzuda digər xəbərlər:Nektarin və şaftalı tinglərində virus aşkarlandı
13 Mart 2025 17:47
Şaftalı, nektarin, yoxsa ərik?
21 İyul 2026 09:50
Ölkəyə idxal olunan nektarin tinglərində uyğunsuzluq FOTO
21 Fevral 2025 17:01
Türkiyədən Azərbaycana gətirilən şaftalı, nektarin, gilasda Şarka virusu aşkarlanıb
19 Mart 2026 15:06
Tüksüz şaftalı kimi tanıdığınız nektarin FAYDALARI NƏLƏRDİR?
20 Noyabr 2024 04:16
Baxış sayı:99
Bu xəbər 19 Fevral 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















