İdxalına imtina verilən dərman vasitələrinin sayı AÇIQLANDI
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ilin yanvar ayından bu günə qədər idxalına imtina verilən dərmanların sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin bu gününə qədər laborator yoxlamanın cavabları əsasında 41 hala uyğun olaraq, 31 adda dərman vasitəsinin idxalına imtina verilib.
Həmçinin qeyd olunub ki, il ərzində bəzi dərman vasitələri geri çağırılıb. Sözügedən dərman vasitələri barədə məlumat Analitik Ekspertiza Mərkəzinin veb-saytında yerləşdirilib.
Qurumdan qeyd olunub ki, vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
- "Bir pəncərə" sektoru;
- Qaynar xətt: (012) 596-07-12;
- Elektron poçt: [email protected];
- Veb-sayt: www.pharma.az ("Müraciət" bölməsi).
O da vurğulanıb ki, daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 26 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















