İƏT Baş katibi: Ümid edirəm ki, gələn il Qarabağda daha çox inkişafın şahidi olacağıq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ümid edirəm ki, növbəti il Qarabağa gələndə daha çox inkişafın şahidi olacağıq.
APA-nın xəbərinə görə, bunu Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusunda Gənclər Forumunun açılışında İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan bildirib.
İƏT Baş katibi deyib ki, gənclər bir-biri ilə asan dil tapa, gələcəkdə əməkdaşlığı davam etdirə bilər: “Bu region gənclərin səyi ilə inkişaf edəcək. Biz bir-birimizi daha yaxşı anlamalıyıq. Mən Qarabağ Universitetinin rektoru ilə görüş keçirdim, gələcək planları barədə danışdı. İstərdim ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məktəbləri ilə Qarabağ Universiteti arasında tələbə mübadiləsi proqramları həyata keçirək. Elmi biliklər, təhsil olmadan gənclərin bacarıqları təkmil ola bilməz. Azərbaycan hökumətinə Foruma dəstəyinə görə təşəkkür edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















