Icma.az
close
up
RU
İƏT in 17 ci zirvə görüşü:Tarixi hadisə və regional əməkdaşlığın yeni səviyyəsi ŞƏRH

İƏT in 17 ci zirvə görüşü:Tarixi hadisə və regional əməkdaşlığın yeni səviyyəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhəri tarixi bir hadisəyə ev sahibliyi etdi – burada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirildi. Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm və strateji əhəmiyyət daşıyan çıxışla yadda qaldı. Onun nitqi təkcə Azərbaycanın regional siyasətini deyil, həm də beynəlxalq əməkdaşlığa dair gələcək baxışını ortaya qoydu. Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi təsadüfi deyildi. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunduqdan sonra Qarabağ regionunun siyasi və iqtisadi həyatının tam inteqrasiyasını simvolizə edən mühüm addım idi. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq qeyd etdi ki, Xankəndidə bu səviyyədə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın əldə etdiyi qələbənin və regionda bərqərar olmuş sülhün göstəricisidir. Prezident İlham Əliyev çıxışında bir neçə əsas istiqamətə toxundu: Prezident vurğuladı ki, İƏT ölkələri arasında ticarət, enerji, nəqliyyat və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi vacibdir. Azərbaycan regionda nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir və bu, təşkilata üzv dövlətlər üçün böyük imkanlar açır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri, “ağıllı şəhər” və “yaşıl enerji” layihələri haqqında ətraflı məlumat verdi. O bildirdi ki, bu layihələr təkcə Azərbaycan üçün deyil, bütün region üçün nümunəvi inkişaf modelidir. Çıxışda Azərbaycanın sülhə və sabitliyə verdiyi önəm də xüsusi yer aldı. Prezident İlham Əliyev bəyan etdi ki, regionda sabitlik və əməkdaşlıq mühiti yalnız qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanmalıdır. Azərbaycan bu prinsiplərin təmin olunmasında lider rol oynayır. Prezident İlham Əliyev İƏT çərçivəsində Türk və İslam ölkələri arasında həmrəyliyin vacibliyini vurğuladı. O, Azərbaycanın həm Türk Dövlətləri Təşkilatı, həm də İƏT daxilindəki fəal siyasətini davam etdirəcəyini bildirdi. Prezident İlham Əliyevin İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündəki çıxışı Azərbaycanın regionda güclənən mövqeyinin, siyasi iradəsinin və iqtisadi potensialının bir daha nümayişi oldu. Bu tarixi tədbir təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də simvolik mənada mühüm hadisə kimi yadda qaldı. Azərbaycanın suverenliyi altında keçirilən belə bir beynəlxalq tədbir həm region ölkələrinə, həm də dünyaya sülh, əməkdaşlıq və inkişaf mesajı verdi.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri