Icma.az
close
up
RU
İƏT xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir

İƏT xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İslam Əmkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlərin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirdikləri növbədənkənar iclasının yekun bəyanatında qeyd olunub.

Bildirilib ki, İsrailə onun beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə geri qayıtması barədə çağırış olunub.

Bəyanatda İsrailin Suriyaya hücumları və bu dövlətin ərazisinə müdaxilə qınanılıb. Qeyd olunub ki, Təl- Əvivin bu addımları beynəlxalq hüquq normalarının pozulması, gərginliyin artırılmasıdır.

Sənəddə beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüququn tətbiqi üçün təcili tədbirlər görməyə və İsraili hücumlarını dayandırmağa, habelə işğal etdiyi Suriya ərazilərindən geri çəkilməyə məcbur etməyə çağırılıb.

İsrailin fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdləri etnik təmizləmə, beynəlxalq hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

İsrailin Qəzzaya qarşı "aclıq siyasəti"ni pisləyən bəyanatda, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, qeyri-qanuni məskunlaşma fəaliyyətləri və ilhaq cəhdlərinin dərhal dayandırılması tələb edilib. İsrailin işğal olunmuş İordan çayının hər hansı bir hissəsi üzərində qondarma suverenlik yaratmaq səyləri rədd edilib.

Bundan başqa, Fələstinin BMT-yə tam üzvlüyü dəstəklənib.

Eyni zamanda hələlik bunu etməyən dövlətlərin də Fələstini tanımasına çağırış edilib.

Həmçinin Qəzza zolağında 40 minə yaxın yetim uşağa dəstək vermək üçün beynəlxalq qayğı fondunun yaradılması tələb edilib.

Bəyanatda İsrailə silah və sursat tədarük edən bütün ölkələr öz mövqelərini yenidən nəzərdən keçirməyə və silah-sursatların İsrailə ötürülməsini qadağan etməyə çağırış olunub./report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Mart 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri