Icma.az
close
up
RU
İƏTPİ Baş Katiblər Assosiasiyasının 7 ci iclası keçirilib

İƏTPİ Baş Katiblər Assosiasiyasının 7 ci iclası keçirilib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasa Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev sədrlik edib.
Fərid Hacıyev iştirakçıları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb, onlara uğurlar arzulayıb.
Milli Məclis Aparatının rəhbəri müasir dövrdə parlament administrasiyalarında yeni idarəetmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisdə həyata keçirilən rəqəmsal transformasiya tədbirlərindən danışan Aparat rəhbəri parlamentin müxtəlif fəaliyyət istiqamətləri üzrə bir sıra innovativ həllərin tətbiqi, müvafiq elektron sistemlərin yaradılması, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, xüsusi mobil tətbiqlərin istifadəyə verilməsi, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən mühüm işlər barədə məlumat verib.
Fərid Hacıyev İƏTPİ Baş Katibləri Assosiasiyasının üzv parlamentlər arasında təcrübə mübadiləsi və əməkdaşlıq üçün səmərəli platforma olduğunu qeyd edib. O, aktual mövzular üzrə təcrübə mübadiləsində Assosiasiyanın potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyi müzakirə olunub, bir sıra təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov iclasın məruzəçisi seçilib.
Müzakirələr zamanı çıxış edənlər müasir dövrdə parlamentlərin səmərəli fəaliyyətinin təmin olunmasında peşəkar və çevik parlament aparatlarının rolunu vurğulayıblar, qanunvericilik orqanlarının institusional potensialının artırılmasının əhəmiyyətindən danışıblar.
Tədbirdə üzv dövlətlərin parlament aparatlarının fəaliyyətinə dair təqdimatlar dinlənilib, parlamentlərin inzibati fəaliyyətinin təkmilləşdirilməsi, tədqiqat və informasiya xidmətlərinin inkişafı, rəqəmsal həllərin tətbiqi istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri