IFAB yanvarda Vengerin təklif etdiyi ofsayd qaydası dəyişikliyini nəzərdən keçirəcək
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 20 yanvarda Londonda keçiriləcək illik iclasında müzakirə mövzularından biri kimi “Venger qaydası”nı təhlil edəcək.
İdman.Biz bildirir ki, əgər təşəbbüs ilkin maneəni aşarsa və fevral ayının ümumi iclasına çatarsa, onun təsdiqlənməsi ehtimalı yüksəkdir. Daha sonra növbəti mövsümdə (2026/27) tətbiqinə başlamaq planlaşdırılır.
Bu barədə As məlumat verib.
Təklifin mahiyyəti ondan ibarətdir ki, əgər oyunçu bədəninin aktiv hissəsi ilə aydın və nəzərəçarpan irəli çıxarsa, qol vurmağa imkan qazanarsa, ofsayd elan ediləcək. Yəni, millimetr səviyyəli irəli çıxma ofsayd sayılmır. Başqa sözlə, oyunçu yalnız bədəni sonuncu müdafiəçidən tamamilə öndə olarsa, ofsayd hesab olunur.
Bu islahatın təşəbbüskarı hazırda FIFA-da qlobal futbol inkişafı şöbəsinin rəhbəri olan “Arsenal”ın keçmiş baş məşqçisi meneceri Arsen Vengerdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 30 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















