Icma.az
close
up
RU
“Bu qədər ağır keçən virus görməmişəm” Həkim XƏBƏRDARLIQ ETDİ

“Bu qədər ağır keçən virus görməmişəm” Həkim XƏBƏRDARLIQ ETDİ

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda son günlər kəskin respirator virus infeksiyasının geniş yayılması ciddi gərginlik yaradıb. Xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur, xüsusilə uşaqlar arasında xəstəliyin ağır keçdiyi bildirilir. Mövcud vəziyyət valideynləri və həkimləri narahat edir, mütəxəssislər isə profilaktik tədbirlərin vacibliyini ön plana çəkirlər.

Mövzu ilə bağlı təbii üsullarla müalicə üzrə ekspert, həkim Seyfəddin Əsəd bildirib ki, hazırda yayılan infeksiya əvvəlkilərlə müqayisədə daha ağır keçir:

“Bu infeksiya hazırda yayılıb və çox ağır keçir. Mən indiyə qədər, hətta koronavirus dövründə belə, bu qədər ağır keçən virus görməmişəm. Bunu uzun illərin həkimlik təcrübəsinə əsaslanaraq deyirəm.

Ən vacib məqam odur ki, virusun profilaktikası müalicəsindən qat-qat asandır. Bu nə deməkdir? Valideynlər uşaqları məktəbə göndərərkən mütləq maska taxdırmalıdırlar. Uşaqlar bir-biri ilə görüşərkən öpüşməməli, əl-ələ görüşməməlidirlər. Bu, həm uşaqlara, həm də böyüklərə aiddir. Salamlaşma zamanı koronavirus dövründə olduğu kimi yumruqla salamlaşmaq tövsiyə olunur. Barmaqları bir-birinə toxundurmaq olmaz, çünki insanlar əllərini tez-tez burunlarına aparır və bu yolla infeksiya ötürülür.

Mütləq şəkildə məsafə saxlanmalı, yaxın təmasdan qaçınılmalıdır. Əllər tez-tez yuyulmalı və spirtlə dezinfeksiya edilməlidir”.

Mütəxəssis infeksiyanın ilkin əlamətləri zamanı təbii vasitələrdən istifadəni mümkün hesab edir:

“Əgər artıq infeksiyanın ilkin əlamətləri hiss olunursa, iki saatdan bir buruna soğan suyu damızdırmaq olar. Uşaqlarda bu mütləq su ilə bərabər nisbətdə durulaşdırılmalıdır. Mən özüm təmiz halda istifadə edirəm və çox yaxşı effekt verir. Soğan suyu güclü virusöldürücü təsirə malikdir.

Səhərlər və axşamlar bir diş sarımsaq qəbul etmək də faydalıdır. Uşaqlarda iki hissə suya bir hissə 3 faizli hidrogen peroksid, böyüklərdə isə su ilə peroksid bərabər miqdarda qarışdırılaraq istifadə edilə bilər. Bu üsul düzgün tətbiq olunduqda yaxşı nəticə verir.

Boğaz üçün qarqara məqsədilə soğan suyu suda həll edilərək istifadə oluna bilər. Bundan əlavə, tut bəhməzi və doşab ilıq suda həll edilərək qəbul edilə bilər.

İki saatdan bir 1 çay qaşığı balı ağızda yavaş-yavaş əridib udmaq virusun və mikrobların inkişafının qarşısını alır.

Əgər burun və alın nahiyəsində güclü ifrazat yaranıbsa, kartof və ya balqabaq doğranıb suda qaynadılır, sonra həmin buxar dəsmal altında nəfəsə çəkilir. Bu üsul uşaqlara deyil, yalnız böyüklərə məsləhət görülür. Buxar frontal və sinus boşluqlarını təmizləyir.

Qızdırma zamanı uşaqları qalın geyindirmək olmaz. Temperatur olduqda geyim nazik olmalıdır. Hərarət yüksəkdirsə, uşağın boyun, çiyin, qol və böyrük nahiyələrinə dəsmala bükülmüş buz qoyula bilər ki, temperaturun qalxmasının qarşısı alınsın. Bədəni ilıq su ilə silmək də faydalıdır”.

Xəstə mütləq nəzarətdə saxlanmalı, bol maye qəbul etməlidir. Əgər su içə bilmirsə, həkim məsləhəti ilə sistem (damar daxili maye) qoyulmalıdır.

Ümumiyyətlə, immunitetin gücləndirilməsi üçün arı məhsulları - çiçək tozu, arı südü, propolis və təbii mumiyadan istifadə müsbət təsir göstərir”. /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Dekabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri