İnternetin ən təhlükəliləri: Hökumətlərə, bazarlara və milyonlarla insana təsir göstərdilər
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ildə rəqəmsal mühitdə güclərini nümayiş etdirən bəzi şəxslər, bir paylaşım, alqoritm və ya məlumat hərəkəti ilə dövlətlərə, bazarlarə və milyonlarla insanın həyatına təsir edə biləcək mövqeyə çatıblar.
Qaynarinfo xəbər verir ki, 2025-ci ildə "internet mühitində varlıq göstərərək" karyera qurmuş şəxslər artıq dünyanın ən güclü fiqurlarına çevrilib.
WIRED tərəfindən hazırlanmış və rəqəmsal dünyadakı nüfuzlarını real həyatda dağıdıcı təsirlərə çevirən şəxsləri əhatə edən "2025-ci ilin ən təhlükəli internet şəxsiyyətləri” siyahısı yayımlanıb.
2025-ci ildə dünyanı və rəqəmsal kainatı formalaşdıran həmin şəxslər:
1. Donald Tramp
79 yaşlı ABŞ prezidenti ölkəni demək olar ki, öz sosial şəbəkəsi "Truth Social" vasitəsilə idarə edir. Hər gün yüzlərlə paylaşım edən Tramp bir gecədə 169 dəfə paylaşım edərək rekord qırıb. Siyasi rəqiblərdən ordu üzvlərinə qədər hər kəsə digital mühitdən hücum edən Tramp, tək bir mesajla bazarları və insanların həyatını alt-üst etmə gücünü qoruyur.
2. Stephem Miller və Kristi Noem
Tramp administrasiyasının immiqrantlara qarşı siyasətlərinin memarları olan bu iki şəxs texnologiyanı nəzarət silahına çevirib. Stephen Miller Federal agentlərin gündə 3 min şəxsi həbs etməsini hədəfləyən "memar” olaraq təqdim edilir.
Kristi Noem isə Daxili Təhlükəsizlik Katibi kimi üz tanıma sistemləri və immiqrantların son 5 il sosial media tarixçəsini yoxlamaq kimi sərt rəqəmsal nəzarət mexanizmlərini işə salıb.
3. DOGE (Hökumət Effektivliyi Departamenti)
İlon Mask rəhbərliyində olan bu qurum federal bürokratiyanı ələ keçirib. Gənc və təcrübəsiz kadrlar ən həssas dövlət sistemlərinə çıxış əldə edib. DOGE-nin əsas məqsədi dövlət məlumatlarını geniş bir gözetim verilənlər bazasında birləşdirmək və müxalif sayılan qurumları təmizləməkdir.
4. Robert Kennedi Jr.
ABŞ səhiyyə naziri kimi kiçik Kennedi elmi dünyada sarsıntılar yaradıb. O, qurum əməkdaşlarının dörddə birini işdən çıxarıb və elmi olaraq təkzib edilmiş "aşılar autizmə səbəb olur” iddialarını dövlət rəsmi saytlarına daşıyıb.
5. İlon Mask
Maskın süni zəka botu "Grok" 2025-ci il boyunca böhranların mərkəzində idi. Adolf Hitleri tərifləyən paylaşımlar və dezinformasiya yayması səbəbilə böyük tənqid alıb. Həmçinin Mask, dünyanın ən böyük xarici yardım təşkilatı USAID-in büdcəsini "odun üyüdücüyə atmaq”la böyük humanitar böhran yaratmaqda günahlandırılıb.
6. "The Com" və Çin "Tayfinları”
ABŞ və İngiltərə mərkəzli gənc haker qrupu böyük markaları hədəf alaraq milyonlarla dollarlıq ziyan vurub. "Salt Typhoon” və "Volt Typhoon” qrupları ABŞ-ın telekommunikasiya sistemlərinə və kritik infrastrukturlarına sızaraq rəqəmsal casusluqda yeni bir mərhələyə yüksəliblər.
7. Çen Zhi və "Donuz kəsimi" qalmaqalı
Cənub-Şərqi Asiyada insan ticarəti qurbanlarını istifadə edərək fırıldaqçı qrupların arxasında olduğu iddia edilən Çen Zhi ABŞ sanksiyalarından sonra yoxa çıxıb. Cinayət şəbəkəsinin illik on milyardlarla dollar oğurladığı təxmin edilir.
8. Aleks Karp
"Palantir" baş direktoru Karp "nəzarət şirkəti deyilik” desə də, ICE-yə (Sərhəd Mühafizə) immiqrantların izlənməsi üçün real vaxt proqram təminatı təqdim edərək sərvətini artırıb. Şirkət, ABŞ ordusunun böyük süni zəka layihəsi "Project Maven"in də əsas dəstəkçisi vəziyyətindədir.
9. Kaş Patel
Keçmiş podkast aparıcısı olan Patel FTB əməliyyatlarını sosial mediada canlı yayım kimi yayımlayaraq böyük tənqidə səbəb olub. O, hələ təsdiqlənməmiş məlumatları paylaşmaqla davam edən istintaqları təhlükəyə atmaq və əhalini yanlış yönləndirməkdə günahlandırılır.
Aydın
Baxış sayı:30
Bu xəbər 30 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















