Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

İflas üçün müraciət etdi: 3 milyard dollarlıq şirkətin sonu

İflas üçün müraciət etdi: 3 milyard dollarlıq şirkətin sonu

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtonom avtomobillərin əsas texnologiyalarından sayılan "Lidar" sensorlarını istehsal edən "Luminar" çətin ayların ardından ABŞ-da iflas qorunması üçün müraciət edib.

Qaynarinfo xəbər verir ki, şirkət üçün bu addım aylarla davam edən ixtisarların, yüksək vəzifəli rəhbərlərin gedişinin və ən böyük müştərisi "Volvo” ilə yaşanan hüquqi qarşıdurmanın dramatik nəticəsi kimi qiymətləndirilir.

2020-ci ildə tərs birləşmə yolu ilə birjaya çıxdıqda bazar dəyəri 3 milyard dollardan çox olan "Luminar” iflas prosesi çərçivəsində əsas "Lidar" biznesini satmağı hədəfləyir. Şirkət artıq yarımkeçirici törəmə qurumunun satışı ilə bağlı razılaşma əldə edib. Təchizatçılar və müştərilər üçün "fasilələri minimuma endirmək” məqsədilə iflas prosesi boyunca fəaliyyətini davam etdirəcəyini bildirən şirkət, proses tamamlandıqdan sonra "Luminar”ın mövcudluğunun sona çatacağını qeyd edir.

"Luminar”ın icraçı direktoru Pol Riççi açıqlamasında bildirib: "Alternativlərimizi hərtərəfli nəzərdən keçirdikdən sonra, idarə heyətinin nəzarəti altında satış prosesinin ən doğru yol olduğuna qərar verdik".

Riççi bu mərhələdə də əsas prioritetlərinin müştərilərin gözlədiyi keyfiyyət, etibarlılıq və xidmət səviyyəsini qorumaq olduğunu vurğulayıb.

Texas Cənub Bölgəsində edilən iflas müraciəti şirkət üçün son dərəcə çalxantılı keçən bir ilin sonuna təsadüf edir. Qurucu Ostin Rassell may ayında "iş etikası və davranış qaydaları üzrə aparılan araşdırma”dan sonra qəfil şəkildə icraçı direktor vəzifəsindən istefa verib, lakin idarə heyətində qalıb. Rassell oktyabr ayında "Russell AI Labs” adlı yeni təşəbbüs yaradıb və "Luminar”ı tam şəkildə satın almaq üçün təklif irəli sürüb.

Bu müddətdə şirkətdə sarsıntılar davam edib. "Luminar” il ərzində ikinci kütləvi ixtisar dalğasını həyata keçirərək işçi heyətinin 25 faizini azaldıb. Maliyyə direktoru vəzifəsindən ayrılıb, şirkət bir neçə kredit ödənişi üzrə defolta düşüb və ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası araşdırmaya başlayıb. Oktyabr ayında bir ofislə bağlı təxliyə iddiası ilə üzləşən şirkət, noyabrda isə başqa bir ofis icarəsindən çıxıb.

Şirkət üçün ən böyük zərbə noyabr ayında yaşanıb. "Luminar”ın ilk tərəfdaşlarından və bu ilin əvvəlinə qədər ən böyük müştərisi olan "Volvo” Lidar istehsalçısı ilə bağlanmış beşillik müqaviləni ləğv edib. Müqavilənin pozulmasından sonra "Luminar” "Volvo”ya qarşı hüquqi addım atdığını açıqlayıb. Bununla yanaşı, şirkət sensorların istehsalını həyata keçirən müqaviləli istehsalçı tərəfindən açılmış ayrı bir məhkəmə iddiası ilə də üz-üzədir.

İflas müraciəti sənədlərinə əsasən, "Luminar”ın aktivləri 100–500 milyon dollar arasında, öhdəlikləri isə 500 milyon–1 milyard dollar aralığındadır. Bu öhdəliklərə məlumatların etiketlənməsi üzrə əməkdaşlıq etdikləri "Scale AI”yə 10 milyon dollar, süni intellekt proqram təminatı şirkəti "Applied Intuition”a isə 1 milyon dollardan çox borc daxildir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri