Icma.az
close
up
RU
İftar süfrəsinə hazırlaya bilərsiniz

İftar süfrəsinə hazırlaya bilərsiniz

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Axşam.az iftar süfrəniz üçün maraqlı reseptlər təqdim edir:

Küftəli soğan kababı

Ərzaqlar:
300 qram quzu qiymə
1 ədəd rəndələnmiş soğan
2 xörək qaşığı suxarı unu
1 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Küftə soğan kababı üçün 8 ədəd soğan

Sous üçün:
1 xörək qaşığı tomat pastası
3 stəkan isti su

Soğanların böyük və bərabər ölçüdə olduğundan əmin olun.

Hazırlanması:
Əvvəlcə ət və qarışıqları qarışdırıb küftələri hazırlayın. Yumru küftələr düzəldin. Soğanları tam kəsməmək şərti ilə ikiyəbölün. Arasına küftələri zərifcə qoyun. Sobaya yerləşdirəcəyiniz qaba düzün. Tomat pastası və suyu qarışdırın. Sousu soğanların üzərinə tökün. Əvvəlcədən isidilmiş sobada 200 dərəcə 40 dəqiqə bişirin.

Portağallı kök şorbası

Ərzqlar:
4 ədəd kök
1 ədəd kartof
1 ədəd soğan
2 ədəd kərəviz çubuğu
1 ədəd kərəviz sapı
1 stəkan portağal şirəsi
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı

Portağal dadını daha az istəyirsinizsə, yarım stəkan su da istifadə edə bilərsiniz.

Hazırlanması:
Portağal kök şorbası üçün əvvəlcə soğan, yerkökü, kartof və kərəviz kökünü kublar şəklində doğrayın. Qazanı odun üstünə qoyub kərə yağını əridirik, üzərinə zeytun yağı əlavə edin. Əvvəlcə soğanları əlavə edin və qovurun. Sonra kök, kartof və kərəvizi əlavə edib qarışdırın. Kərəviz sapı əlavə edin və orta istilikdə 5 dəqiqə qızardın. 5 stəkan su əlavə edib 20-25 dəqiqə tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzləri qazanda qarışdırın və portağal suyu əlavə edin. Duz və istiot əlavə edib 10 dəqiqə daha qaynadın, blenderlə əzin.

Şokoladlı "Donut"

Ərzaqlar:
300 qram un
100 ml. süd - isti
20 qram maya
1 yumurta + 3 yumurta sarısı
40 qram şəkər tozu
1 paket vanil
40 qram kərə yağı - əridilmiş

Qızartma üçün duru yağ

Şokolad üçün:
1 stəkan damla şokolad
1 stəkan krem

Hazırlanması:
Unu qaba töküb ortasına maya, bir çimdik şəkər tozu və südün yarısını əlavə edin. Mətbəx dəsmalı ilə üstünü örtün və mayanın şişməsini gözləyin. Kənarda yumurtaları, yumurta sarısı və şəkər tozunu mikserlə çalın. Sonra kərə yağı, süd və vanili əlavə edib bir az da çalın. Yumurtalı qarışığınız hazır olanda unlu qarışığınıza əlavə edin. Sonra mikserinizin xəmir qarmağı ilə 10 dəqiqə qarışdırın. Xəmiriniz hazır olduqdan sonra üzərinə mətbəx dəsmalını qoyun və 1 saat mayalanmasına icazə verin. Xəmiriniz hazır olanda piştaxtanıza un səpib əlinizlə yoğurun. Daha sonra xəmirinizi 2 sm qalınlığında yayın. Xəmiri 7,5 sm-lik dairə ilə kəsin. Soba nimçəsinə un səpin və üzərinə xəmirinizi qoyun, üzərini dəsmalla örtün, 30 dəqiqə saxlayn. Dərin bir qazana günəbaxan yağı tökün və yüksək atəşə qoyun. "Donut"ları qızardın. Bişmiş xəmiri kənara qoyun. Kənarda şokolada qaymaq və azca şəkər tozu əlavə edib, şokolad bişirin. Sonra "Donut"sların üstünə tökün. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri