Icma.az
close
up
RU
İftar süfrəsinə hazırlaya bilərsiniz

İftar süfrəsinə hazırlaya bilərsiniz

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Közlənmiş pomidor şorbası

Ərzaqlar:

9 ədəd böyük pomidor
5 diş sarımsak
5 yemək qaşığı zeytun yağı
1 ədəd orta boy soğan
5 stəkan isti su
1 yemək qaşığı pomidor pastası
1 az kəklikotu
1 az duz
1 az qara istiot

Hazırlanması:

Pomidorları yuyub, ortadan ikiyə bölüb, üstünə zeytun yağı töküb, əvvəlcədən isidilmiş sobaya qoyun və 30 dəqiqə bişirin. Pomidorları sobaya qoyduqdan 15 dəqiqə sonra sarımsağı sobaya atın. Qovrulmuş pomidoru və sarımsağı sobadan çıxarın, qabıqlarını soyun və əzin. Soğanı kiçik kublara doğrayın və yağda qızardın. Tomat pastası əlavə edin. Soğanlar yaxşıca qızarana qədər bişirməyə davam edin. Bişdikdə əzilmiş sarımsağı əlavə edin. Sonra qovrulmuş pomidor və qaynar su əlavə edin. Pomidorlar yaxşıca bişənə qədər bişirin. Duz və ədviyyat əlavə edin. Qatılaşmağa başlayanda ocaqdan çıxarın və qarışığı blenderə qoyun.

İftar küftəsi

Ərzaqlar:

Küftə üçün:
300 qram qiymə ət
1 ədəd qızardılmış soğan
1 çay stəkanı düyü
1/2 çay stəkanı incə bulqur
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Digər ərzaqlar:
1 kq. balaca kartof
2 xörək qaşığı yağ
1 xörək qaşığı bibər pastası

Hazırlanması:

Küftə üçün bütün ərzaqları töküb və yaxşıca yoğurun. Küftələri təxminən kartof ölçüsündə yuvarlayın. Kartofun qabığını soyun, yuyun. Yağı və tomat pastasını qazana qoyub qızardın. Kartofu əlavə edib bir az qızardın. Üzərinə 1 litr su əlavə edib qaynadın.Bu zaman küftələrin dağılmaması üçün üzərinə un səpmək olar. Su qaynadıqdan sonra küftələri yavaşca suya atın və bişməyə buraxın. 15-20 dəqiqə belə bişirin. Sonra ocaqdan götürüb süfrəyə verin. 


Quru paxlava

Ərzaqlar:
12 paxlava xəmiri
1/2 fincan ərinmiş kərə yağı
1/2 fincan yağ
4-5 xörək qaşığı küncüt
5-6 xörək qaşığı şəkər tozu
1 stəkan qoz (incə üyüdülmüş)

Hazırlanması:
Kərə yağını əridin. Yağ və küncüdü əlavə edib qarışdırın. Piştaxtanın üzərinə 1 ədəd paxlava xəmiri qoyun. Üzərinə küncüd sousunu yayın. Xəmirin üstünə daha 1 parça xəmir qoyun. Eyni şəkildə sousu da tətbiq edin. Son qat əlavə etdikdən sonra sous yayılır, şəkər tozu (təxminən 1,5 xörək qaşığı) səpilir və qoz əlavə edilir.  Sonra xəmiri rulon halına salın ki, çox sıx olmasın. Rulon formalı xəmiri 3 barmaq qalınlığında kəsin. Çörək kağızı ilə örtülmüş bir soba qabına qoyun. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə qızılı rəng alana qədər bişirin. Bişmiş quru paxlavanı soyuyandan sonra üzərinə pudra şəkəri səpib, süfrəyə verin. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://axsam.az
archiveBu xəbər 26 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri