Icma.az
close
up
RU
İftar vaxtı Çərşənbə qeyd etmək orucu pozur?

İftar vaxtı Çərşənbə qeyd etmək orucu pozur?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ramazan ayının yaxınlaşması ilə Çərşənbə ənənələri ilə iftar vaxtlarının üst-üstə düşməsi dini müzakirələri yenidən aktuallaşdırıb. Çərşənbə süfrələrinin iftar saatlarına uyğunlaşdırılması ilə bağlı verilən fətva bu iki ənənənin necə uzlaşdırıla biləcəyi sualını gündəmə gətirir. Mövzu həm dini qaydalar, həm də cəmiyyətin formalaşmış adətləri baxımından xüsusi maraq doğurur.
İlahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Ramazan ayı müsəlmanlar üçün təkcə ac və susuz qalmaq deyil. Bu ay həm də vaxt intizamı, niyyət təmizliyi və mənəvi yüksəliş ayıdır:
"Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də vacib edildi ki, təqvalı olasınız.” Bu ayədə məqsəd açıq şəkildə göstərilir: oruc insanı daxildən saflaşdırmaq üçündür, adət və mərasimləri qadağan etmək üçün deyil. Çərşənbə süfrələri isə Azərbaycan xalqının milli adət-ənənələri, mədəni yaddaşıdır. Xüsusilə Novruz ərəfəsində qurulan bu süfrələr ailə birliyini, paylaşmanı və ruziyə şükür etməyi simvolizə edir. Bu ənənə dini ibadət deyil, mədəni mərasimdir. İslam hüququnda mühüm prinsip var: adət və ənənə şəriətə zidd olmadığı halda qəbul olunur. Klassik fiqh alimləri, o cümlədən İmam Şatibi qeyd edirdi ki, insanların mədəni formaları ibadətin özünə zidd deyilsə, onları tamamilə ləğv etmək doğru deyil".
İlahiyyatçı bildirib ki, Ramazan ayında oruc tutan insan sübh azanından gün batana qədər yemək və içməkdən çəkinir. Əgər Çərşənbə süfrəsi iftar saatına uyğunlaşdırılırsa, burada nə oruc pozulur, nə də ibadətə zidd hal yaranır.
"Əksinə, iftarın ailə mühiti ilə birləşməsi sosial həmrəyliyi gücləndirə bilər. Peyğəmbər Məhəmməd (sallallahu aleyhi və səlləm) buyurub ki, oruc tutana iftar verən onun savabından əskiltmədən savab qazanar. Bu hədis iftar süfrəsinin sosial paylaşım məqamı olduğunu göstərir. Əsas məsələ niyyətdir: əgər süfrə əyləncə və israf məqsədi daşımır, ailə birliyi və ruziyə şükür niyyəti daşıyırsa, bu, orucun ruhuna zidd deyil. Quranda israf qadağan edilir, deməli problem süfrənin özü deyil, onun məzmunudur. Müasir yanaşmaya görə ibadət cəmiyyətdən təcrid olunmamalı, əksinə sosial həyatı tənzimləməlidir. Birgə iftarlar insanların sosial bağlılığını və psixoloji sabitliyini artırır. Fiqhin ümumi qaydalarına əsasən ibadətin vaxtı qorunur, haram element yoxdur, adət şəriətə zidd deyil və məqsəd ailə birliyini qorumaqdır. İslam hüququnda çətinliyin aradan qaldırılması və asanlığın üstün tutulması prinsipi var. Buna görə də ənənəni ibadət vaxtına uyğunlaşdırmaq daha balanslı yanaşmadır. Nəticə olaraq, Çərşənbə süfrəsinin iftar saatına uyğunlaşdırılması dini baxımdan əsaslıdır: oruc pozulmur, ibadət qorunur, mədəniyyət isə ibadətlə toqquşmur. Əsas şərt niyyət, israfdan uzaq olmaq və ibadətin ruhunu qorumaqdır. Ramazan ayı bizi ayırmaq üçün deyil, birləşdirmək üçündür; əgər süfrə ailəni birləşdirir və Allahı xatırlamağa səbəb olursa, bu, ibadətin ruhuna daha uyğundur", - Əkrəm Həsənov bildirib. 
Qeyd edək ki, Çərşənbə süfrələrinin iftar saatına uyğunlaşdırılması dini baxımdan məqbul sayılır və bu yanaşma ibadətlə milli ənənələrin uzlaşdırılmasına xidmət edir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri