Icma.az
close
up
RU
İftarda bu səhvi etməyin Sulu yeməkdən sonra...

İftarda bu səhvi etməyin Sulu yeməkdən sonra...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Təxminən 14 saat boyunca dincələn və həcmi kiçilən mədəyə iftar zamanı qəfil ağır yeməklərin yüklənməsi həzm sistemi ilə yanaşı ürəyə də ciddi zərbə vurur. Sulu yeməkdən dərhal sonra ana xörəyə keçmək qan şəkərini sürətlə artıraraq kəskin yorğunluq, yuxululuq və ürək döyüntüsünə yol açır.
Demokat.az xəbər verir ki, oruc müddətində həzm sistemi istirahət rejiminə keçir və mədə turşusu ifrazı ən aşağı səviyyəyə enir. İftar anında bu həssaslaşmış orqanlara ard-arda soyuq su, isti təndir çörəyi, şorba və ardınca yağlı ət yeməklərinin verilməsi tibb ədəbiyyatında "kəskin həzm pozğunluğu" kimi tanınan vəziyyəti yaradır. Həzm üçün lazım olan qanın sürətlə mədə və bağırsaqlara yönəlməsi ürəyin iş yükünü artırır. Bu hal iftardan sonra bəzi insanlarda ürək döyüntüsü krizlərinə səbəb ola bilər.
Sürətli yemək vərdişinin digər təhlükəli təsiri isə insulin mübadiləsi ilə bağlıdır. İlk xörəkdən dərhal sonra karbohidrat və yağ tərkibli ağır qidalara keçildikdə mədəaltı vəzi həddindən artıq miqdarda insulin ifraz edir. Nəticədə iftardan yarım saat sonra adamda şiddətli yuxu istəyi və ağır yorğunluq hissi yaranır. Üstəlik ani yemək yükləməsi reflyuks və qastrit şikayətlərini təxminən 50 faiz artırır.
Qastroenteroloqlar iftarın mütləq iki mərhələli olmasını tövsiyə edirlər. Orucu otaq temperaturunda su və xurma ilə açdıqdan, ilıq duru yemək içdikdən sonra süfrədən qalxıb həzm sisteminə azı 10-15 dəqiqə vaxt vermək lazımdır. Bu qısa fasilə toxluq siqnalının beyinə çatması üçün vacibdir və ana xörəyə keçəndə porsiyanı avtomatik idarə etməyə kömək edir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri