Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz xətti: Orta Dəhliz konteksti

İğdır Naxçıvan qaz xətti: Orta Dəhliz konteksti

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

K.Əlioğlu

Martın 5-i Azərbaycanda müstəqil dövlət quruculuğu və türk dünyasının birləşməsi proseslərinin növbəti mərhələsi kimi tarixə düşə bilər. Həmin gün Azərbaycan və Türkiyə Prezidentləri Ankarada İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak ediblər. Politoloji təhlil göstərir ki, bu, təkcə enerji sahəsində əməkdaşlıq mənası olan hadisə deyildir. Onun siyasi və geosiyasi anlamı çox genişdir.

Bir mərhələnin yekunu

Liderlərin elə səfərləri olur ki, bir epoxanın yekunu, növbəti epoxanın isə başlanğıc rəmzidir. Prezident İlham Əliyevin martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin açılışı ilə bağlı Türkiyəyə səfəri bu kateqoriyadandır. İlham Əliyev zaman baxımından qısa olan bu səfəri ilə dünyaya regional və regionlararası geosiyasi mənzərəni yeniləşdirə biləcək mesajlar verdi. Prezident Rəcəb Tayyib Ərdoğan eyni məntiqlə geniş məkanda yeni mərhələnin başlamasını ifadə etdi. Bu prosesin təməlində "Bir millət, iki dövlət" kəlamı üzərində bərqərar olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dayanır.

Həmin müttəfiqlik 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin yaratdığı əməkdaşlıq platforması üzrə davamlı olaraq məzmunlaşaraq indiki səviyyəyə yüksəlib. Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bu baxımdan tarixin sınağından keçərək öz məzmununu daim yeni çalarlarla zənginləşdirən bir proses halına gəlib. Azərbaycanın enerji strategiyası burada istiqamətverici və müəyyənedici rol oynayır. İğdır-Naxçıvan təbii qaz boru kəməri məhz bu prosesin məntiqi nəticələrindən biridir.

Bu layihənin reallaşmasında 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilən tarixi qələbə ciddi rol oynadı. İşğalı aradan qaldıran və Azərbaycanın suverenliyinin təminatının göstəricisindən olan bu nailiyyət müstəqil dövlət quruculuğu prosesində həm də bir mərhələnin yekunudur. Onun başlıca əlaməti milli ideyanın ərazi bütövlüyünün təmin edilməsi məqsədinin həyata keçməsi ilə bağlıdır.

Prezident İlham Əliyev bununla bağlı belə bir tezis irəli sürüb ki, Azərbaycan tarixi ədaləti bərpa etdi, milli ləyaqəti Azərbaycan cəmiyyətinə qaytardı və beynəlxalq hüququ təmin etdi. Bu üç başlıca tezis fonunda Azərbaycanda dövlət quruculuğu yeni səviyyəyə yüksəlməyə başladı, daxili və xarici siyasətdə növbəti mərhələ başladı. Bütövlükdə isə ölkə yeni strateji tarixi mərhələyə qədəm qoydu. Həmin mərhələni "postmüharibə" və yaxud "postmünaqişə" mərhələsi adlandırmaq olar.

Bununla Azərbaycan Prezidenti Türkiyəyə yeni tarixi mərhələnin əsas uğurlarından birini təsdiq etmək üçün səfər etdi. Bu, həm də yeni mərhələnin başlamasının rəmzidir.

Yeni mərhələ

Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakları zamanı qardaş ölkələrin başçıları yığcam formada aktual fikirlər irəli sürdülər. Azərbaycan Prezidenti çıxışına bir-biri ilə əlaqəli aşağıdakı üç fundamental və tarixi tezislə başladı: "Naxçıvan qədim Azərbaycan torpağıdır", "sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi" və "Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub"!

Bu tezislər bir başqa məntiqlə 100 ildən çox davam edən tarixi-geosiyasi mahiyyətli ədalətsizlik faktlarıdır. Mənalarını sintez etsək, deyə bilərik ki, qədim Azərbaycan torpağı olan Naxçıvan 100 il bundan əvvəl böyük ədalətsizlik nəticəsində Vətənin əsas hissəsindən işğal nəticəsində ayrı salınıb. Bununla iki miqyasda faciə baş verib.

Birincisi, Azərbaycanın şimal hissəsi öncə cənub hissəsindən ayrılmışdısa, sovet dönəmində özü də ərazicə parçalanaraq Naxçıvan kimi qədim regionundan ayrı düşüb.

İkincisi, bu ayrılıq həm də türk dünyasının qurudan parçalanması demək idi – "Ermənistan" adlanan forpost dövləti türk birliyinə "xəncər kimi sancdılar".

Beləliklə, Azərbaycan Prezidenti Ankaradakı çıxışının məntiqi daxilində, sözün həqiqi mənasında, böyük bir dəyişikliyin şahidi olduğumuzu ifadə edib. Yeni mərhələnin başlamasının başlıca əlaməti bundan ibarətdir.

Sonrakı fikirlərində İlham Əliyev ifadə edib: "Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir".

Burada Prezidentin məntiqi ümumiləşdirməsi özəlliyi çox önəmlidir. İlham Əliyev Azərbaycanın ərazicə bütövləşməsindən başlayaraq türk dünyasının birləşməsinə qədər keçid mərhələlərinin təməlində tarixi ədalətsizliyin bərpasının dayandığını görür. Bu o deməkdir ki, dünyanın böyük gücləri Azərbaycanın Vətən müharibəsindəki qələbəsini ədalətin təntənəsi kimi qəbul edərək Cənubi Qafqaz siyasətlərinə düzəlişlər etməlidirlər. Eyni zamanda, Azərbaycan ərazi bütövlüyünü tam təmin etmək mərhələsindən coğrafi ərazisini tam birləşdirmək bazasında türk dünyasının coğrafi bütövlüyünün bərpası mərhələsinə keçir!

Bu fikri Azərbaycan Prezidentinin aşağıdakı tezisi təsdiq edir: "…Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyevin bu tezisi ilə razılaşdığı aşkar hiss olunur. Qardaş dövlətin başçısı açılış mərasimində belə bir fikir ifadə edib: "İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq... Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq... bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik".

Orta Dəhliz və Zəngəzur: eyni layihənin iki faktoru

Yuxarıda ifadə edilən fikirlər, təbii olaraq, geosiyasi aspektdə Trans-Xəzər boru kəməri layihəsi (Orta Dəhliz) və Zəngəzur Dəhlizi məsələlərinin İğdır-Naxçıvan qaz xətti ilə bağlılığı məsələsini önə çıxarır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyində bu məsələ ciddi yer tutmağa başlayır. Sanki Zəngəzur Dəhlizi açılmasa, İğdır-Naxçıvan qaz xətti də tam olaraq reallaşmamış ola bilər. Həmin nəticə Orta Dəhlizin Cənubi Qafqaz-Anadolu coğrafiyasında oynamalı olduğu rolun məzmunundan irəli gəlir.

Belə ki, Naxçıvana Azərbaycan qazı Gürcüstan və Türkiyə ərazisindən keçərək çatdırılır. Yəni, Azərbaycan öz qazını öz regionlarından birinə üçüncü ölkələrin ərazilərindən istifadə edərək çatdırır. Bu daşınma marşrutu isə Mərkəzi Asiyadan gələn Orta Dəhliz marşrutunun Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə hissəsindən keçərək və yenə də Qars-İğdır istiqamətində Orta Dəhliz çərçivəsindən çıxmayaraq Naxçıvanda sonuclanır.

Deməli, Orta Dəhliz fonunda İğdır-Naxçıvan enerji marşrutu Orta Dəhlizin Azərbaycan-Gürcüstan-Qars-İğdır marşrutu üzrə bir hissəsi kimi görünür. Bu anlamda həmin enerji marşrutu Orta Dəhlizin bir fraqmentidir. Bəs bu yolu optimallaşdırmaq mümkündürmü? Bunu iki səbəbdən etmək zəruridir.

Birincisi, Azərbaycan ərazisinin bir hissəsini enerji ilə təmin etmək üçün dolayı və uzun marşrutdan istifadə edir. Halbuki onu Zəngəzur vasitəsilə qısa və daha ucuz yolla etmək olar.

İkincisi, Orta Dəhlizin optimal rejimdə Yaxın Şərq və Avropa istiqamətlərində işləməsi üçün onun daim daha təhlükəsiz və qısa marşrut üzərində qurulması layihənin bütün iştirakçıları üçün strateji əhəmiyyət kəsb edir.

Bununla Azərbaycan bir layihə ilə geniş geosiyasi məkan üçün prinsipial əhəmiyyətli bir məsələni daha da aktuallaşdırır. İğdır-Naxçıvan qaz marşrutu güclü siyasi-diplomatik məntiqlə Orta Dəhlizin bir fraqmenti kimi Zəngəzur Dəhlizinin açılması məsələsi ilə əlaqələndirilir.

Bununla Azərbaycan diplomatiyası Zəngəzurda tarixi ədalətin bərpası kontekstində dəhlizin açılması məsələsinə bir addım da yaxınlaşmış olur. Burada hər hansı arxa plan mövcud deyildir. Çünki bütün dünya bilir ki, Zəngəzuru Azərbaycandan 100 il bundan öncə hərbi güc və terrorla ayırıblar.

İndi Azərbaycan humanizm və sülhsevərlik göstərərək, hərbi güclə deyil, xalqlara qarşılıqlı fayda verə biləcək humanitar xarakterli layihələrlə ədalətsizliyi bərpa edir! Bu məharətli, sivil və demokratik diplomatiya yeridən rəhbərliyi ilə dünyanın istənilən cəmiyyəti fəxarət duyardı! Azərbaycan Prezidenti indi həmin yüksəklikdə fəaliyyət göstərən Liderdir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see147

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see141

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see140

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see128

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see127

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see117

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see116

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see115

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see115

Xasıyevlərin xas sənəti

07 Sentyabr 2025 07:41see115

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri