Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Taliblər Əfqanıstanın Herat şəhərində məcburi geyim qaydalarını pozan qadınlara qarşı genişmiqyaslı reyd keçiriblər. Reyd zamanı onlarla qadın saxlanılıb.
Ölkə.az xəbər verir ki, bu barədə "Afghanistan International" telekanalı məlumat yayıb.
Əməliyyatlar Lilami rayonunda başlayıb və reydlər şəhərin digər yerlərində aparılıb. Təkcə bir məhəllədə 20-dən çox qadın həbs edilib. Fəzilət və Rəzilliyin Qarşısının Alınması Nazirliyinin əməkdaşları ələrində dəyənəklə "Almas-Şarq" bazarında və Qəsr rayonunda da həbslər aparıblar.
Şahidlər bildiriblər ki, axtarış və həbslər zamanı bəzi qadınlar qışqıraraq müqavimət də göstəriblər. Lilamidəki bir mağaza sahibi qeyd edib ki, basqından sonra artıq qadınlar küçələrdə gözə dəymirlər. Məlumata görə əsas hədəf burqa və ya çadra əvəzinə hicab geyinənlər olub: "Taliblər bəzi qadınları saxladı, digərləri isə qışqıraraq qaça bildilər".
Satıcının sözlərinə görə, tutulan qadınların çoxu sadəcə hicab geyinibmiş. Amma onların da bədənləri digər qadınlar kimi tamamilə örtülü olub.
Nəşr yazıb ki, əməliyyat Əfqanıstanın Fəzilət və Cinayətkarlığın Qarşısının Alınması Nazirliyinin övrəti qaydaları pozan (yəni üzlərini ictimai yerdə açıb göstərən) və ya makiyaj edən qadınları həbs cəzası ilə hədələdiyi açıqlamadan sonra baş tutub.(publika)
Baxış sayı:148
Bu xəbər 07 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















