Icma.az
close
up
RU
II Dünya Müharibəsindəki qələbədə Azərbaycanın misilsiz rolu ARAŞDIRMA

II Dünya Müharibəsindəki qələbədə Azərbaycanın misilsiz rolu ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünya tarixində insan ölümlərinin sayına görə ilk pillədə olan savaş İkinci Dünya Müharibəsidir. Adolf Hitlerin rəhbərliyi altında Almaniyanın başlatdığı müharibə müxtəlif mənbələrə görə 70-85 milyon insanın ölümünə səbəb oldu.
Faşizm bəlasının qarşısını almaq üçün dünyanın bir çox ölkələri Almaniyaya qarşı müharibədə iştirak etdilər. Ancaq savaşda ən çox itkiyə məruz qalan və qələbədə ən böyük pay sahibi isə heç şübhəsiz SSRİ oldu.
SSRİ respublikaları içərisində II Dünya Müharibəsindəki qələbəyə ən böyük töhfə verənlərdən biri isə Azərbaycan idi.
Azərbaycanın qəhrəman övladları ön cəbhədə
22 iyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçılarına qarşı müharibəyə qoşuldu. 4 ilə yaxın davam edən savaşda 600 mindən çox azərbaycanlı birbaşa olaraq iştirak edib. Onlardan 300 min nəfəri isə həyatını itirib.
Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Azərbaycanın əhalisi cəmi 3,4 milyon nəfər olub. Yəni, orta hesabla hər 5 azərbaycanlıdan biri cəbhədə faşizmə qarşı vuruşub. Hər 10 soydaşımızdan biri isə müharibədə canından olub. Bu isə misli görülməmiş bir nümunə hesab olunur.
Müharibə dövründə Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstəsi yaradılıb. Ümumilikdə isə, Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.
Azərbaycanlılardan təşkil olunan diviziyalar isə müharibə illərində xüsusi qəhrəmanlıqları ilə seçiliblər.
Belə ki, 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib. 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib, Berlinin nəzarətə götürülməsində xüsusi şücaət nümayiş etdirib.
Ümumilikdə, müharibədə döyüşən azərbaycanlılardan 65 faizi orden və medallarla təltif olunub. Göstərdiyi qəhrəmanlıqlara görə isə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan neftinin qələbədəki rolu
Azərbaycan II Dünya Müharibəsində təkcə ön cəbhədə deyil, arxa cəbhədə də böyük fəallıq göstərib. Belə ki, 1941-ci ildə Sovet İttifaqında hasil olunan neftin təxminən 75%-i Bakıdan çıxarılırıb.
Təsadüfi deyil ki, Bakının strateji önəmi Hitler tərəfindən də yüksək qiymətləndirilirdi. Buna görə də, alman orduları hər vəchlə Bakını ələ keçirməyə çalışırdılar.
Müharibə illərində Bakı nefti və onun məhsulları – benzin, dizel, motor yağı və digər yanacaq növləri cəbhənin əsas enerji mənbəyi idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkə üzrə yanacağın 80%-ni hasil ediblər. Təkcə, müharibənin ilk ilində Azərbaycandan cəbhəyə 23,5 milyon ton neft göndərildi. Müharibə dövründə isə Azərbaycanda ümumilikdə 75 milyon ton neft hasil edilib.
Təsadüfi deyil ki, Sovet İttifaqının marşalı Georgi Jukov Bakı neftçilərinin qəhrəmanlığını xüsusi vurğulamışdı:
“Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər”.
Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov isə bildirmişdi ki, Azərbaycanın təbii ehtiyatları olmadan II Dünya Müharibəsində heç bir qələbə qazanmaq olmazdı.
Ancaq təəssüflər olsun ki, bu qədər böyük xidmətlərə baxmayaraq Bakıya “qəhrəman şəhər” statusu verilmədi.
Azərbaycan iqtisadiyyatı müharibə illərində
II Dünya Müharibəsi dövründə Azərbaycan yüngül sənaye müəssisələri üçün təxminən 30 növ məhsul istehsal edirdilər. Kimya sənayesi zavodları da hərbi məhsul və digər avadanlıqların istehsalına yönəldilmişdi.
Azərbaycanın ət və süd sənayesi müəssisələri müharibə şəraitində əvvəllər xaricdən gətirilən bir sıra yeni dərman növlərinin istehsalına başlamışdılar. Yerli xammalın istifadəsi əsasında tibbi ləvazimatlar zavodu yaradılmışdı
Yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Ən qısa müddətdə bu müəssisələrin avadanlıqları cəbhə üçün lazım olan yeni məhsulların buraxılması üçün uyğunlaşdırılmışdı.
Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri hazırlanırdı. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Azərbaycan partizanları
Azərbaycanlı partizanların mübarizəsi II Dünya Müharibəsi dövründə, həm Sovet İttifaqının işğal olunmuş ərazilərində, həm də Avropa ölkələrində xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanlı döyüşçülər əsasən Sovet partizan dəstələrində, həmçinin Fransanın Müqavimət Hərəkatında fəal iştirak ediblər.
Çox sayda azərbaycanlı əsirlər Avropadakı nasist düşərgələrindən qaçaraq yerli müqavimət hərəkatlarına qatılıblar. Fransa, İtaliya, Krım və Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn, Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edib. Bundan əlavə, Əhmədiyyə Cəbrayılov, Mirzəxan Məmmədov, İdris Qaşımov, Mehdi Hüseynzadə kimi Azərbaycan xalqının igid oğulları Avropanın azadlığı uğrunda döyüşüblər.
Göründüyü kimi, Azərbaycan II Dünya Müharibəsində qələbənin qazanılmasında və dünyanın faşizm bəlasından xilas olmasında tarixi rol oynayıb.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri