Icma.az
close
up
RU
II Dünya Savaşına səbəb olan Molotov Ribbentrop paktı

II Dünya Savaşına səbəb olan Molotov Ribbentrop paktı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

SSRİ –Finlandiya müharibəsi (30 noyabr1939- 13 mart1940)

Stalin Finlandiyanı rahat formada işğal edə biləcəyini düşünərək üzünü Finlandiyaya çevirdi.Sovet İttifaqı Finlandiyadan Karel bərxəzini və Fin körfəzi adalarını tələb edirdi.Finlandiya bu tələbləri rədd etdi.Sovet İttifaqı öz kəndi olan Mainilanı bombaladı və bu hadisədən dərhal sonra bombaların Finlandiyadan atıldığını iddia etdi.Böyük propaqandadan sonra Qızıl Ordu 1939-cu ilin noyabr ayında Finlandiyaya hücuma keçdi.Bununla eyni zamanda Stalin Sovet İttifaqının tərkibində 1 dekabr 1939-cu ildə kukla Fin Demokratik Respublikası yaradıldı. Otto Ville Kuusinen bu hökumətin başçısı təyin olundu. Leninqrad hərbi dairəsinin komandanı Andrey Jdanov bəstəkar Dmitri Şostakoviçə Sovet ordusunun Helsinkidən paradla keçərkən istifadə olunması üçün xüsusi musiqi bəstələmə əmri vermişdi.Fin ordusunun təəccüblü şəkildə qəhrəmancasına özlərindən dəfələrlə hədsiz çox olan və Semyon Timoşenko komandanlığındakı Sovet ordusuna hədsiz böyük itkilərlə başa gələn 3 aylıq müqavimətdən sonra müvəqqəti sülh imzaladı.Finlandiya Kareliyanın cənub-qərbini (Fin ərazisinin 10 faizini) Sovet İttifaqına verdi.Bu ərazilərin itirilməsi 442 .000 finin (fin əhalisinin ümumi 12 faizi ) öz evini tərk etməsi demək idi.Müharibədə Sovet Ordusunun rəsmi itkisi 200.000 idi.Sovet rəhbəri Nikita Xruşov itkinin 1 milyon olduğunu demişdi.

Bu zaman ərzində,bir neçə Gestapo-NKVD birgə konfranslarından sonra Polşanın Sovet İttifaqı tərəfindən Polşanın işğal edilən bir hissəsində NKVD məmurları 300.000-dən çox polyak müharibə əsirlərini və digər polyak əsilli şəxsləri edam etmək qərarına gəldi.Qırğın SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başlandı.

Katın soyqırımı

1 sentyabr 1939-cu ildə Polşanın Nasional Sosialist Alman Fəhlə Partiyasının idarə etdiyi Almaniya tərəfindən işğalı başladı.Bu hücum nəticəsində Böyük Britaniya və Fransa Polşa ilə bağlamış olduqları ingilis-polyak və fransız-polyak hərbi müttəfiqlik müqavilələrinin tələbini yerinə yetirərək müstəmləkələri ilə birlikdə Almaniyaya qarşı müharibə elan etdilər.Buna baxmayaraq müttəfiqlər Polşaya yetərli hərbi dəstək göstərə bilmədi.Bu müddət ərzində müttəfiqlər ancaq Qəribə müharibə olaraq adlandırılan hərbi manevrlər həyata keçirə bildilər.

SSRİ 17 sentyabrda Molotov-Ribbentrop paktına uyğun olaraq Polşanın şərqinin işğalına başladı.Qızıl Ordu çox sürətlə irəlilədi və onlarla üzbəüz gələn polyak əsgərləri sovetlərlə toqquşmaya girməmək əmri aldıqları üçün,demək olar ki,müqavimətlə qarşılaşmadı.Ruslar tərəfindən bəzi mənbələrə görə 250000,bəzi mənbələrə görə isə 454700 Polşa əsgər və polisi əsir götürüldü.Əsir götürülənlərdən bəziləri tezliklə azadlığa buraxıldı və ya qaçmağı bacardı.Buna baxmayaraq 125000 polyak əsgər SSRİ Xalq Daxili İşlər Komissarlığının nəzarətində olan əsir düşərgələrinə göndərildi.Bu əsirlər arasından SSRİ tərəfindən ilhaq edilən Polşa ərazisində yaşayan belarus və ukraynalılardan ibarət 42400 əsgər oktyabr ayında azad edildi.Bununla yanaşı,SSRi əsir götürdüyü əsgərlər arasında müttəfiqləri Almaniyanın işğalında olan qərbi Polşa ərazisində anadan olan 43000 əsgəri almanlara təhvil verdi.Buna qarşılıq olaraq Nasist Almaniyası da əsir götürdüyü polyak əsgərlər arasında şərqi Polşa ərazisində dünyaya gələn 13575 əsgəri ruslara göndərdi.

Polşa vətəndaşlarının Sovet repressiyaları ilə üzləşməsi də elə bu dövrdə baş verdi.Polşanın çağırış sisteminə görə ali təhsilli polyak gəncləri ehtiyat zabit hesab olunduğu üçün SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən onların kütləvi əsir götürülməsi baş verdi.Polşa Milli Yaddaş İnstitutunun verdiyi rəqəmlərə görə təqribən 320000 polyak vətəndaşı SSRİ-nin müxtəlif ərazilərinə deportasiya edildi.Bu rəqəm o dövrün tarixçilərinə görə 700 min ilə 1 milyon arasında dəyişirdi.Milli Yaddaş İnstitutuna görə İkinci Dünya müharibəsi illərində SSRİ tərəfindən 150 min Polşa vətəndaşı (keçmiş hesablamalara görə 500 min) müxtəlif yollarla öldürülmüşdür.Dalstroy düşərgəsinə göndərilən 12 min nəfər polyak əsirdən təkcə 585 nəfər sağ qurtula bilmişdir.Sağ qurtulan əsirlər 1942-ci ildə Şərqi Polşa Silahlı Qüvvələrinə qoşulması üçün azadlığa buraxılmışdır. Tadeuş Piotrovskinin yazdığına görə müharibə dövründə və 1944-cü ildən sonra 570378 Polşa vətəndaşı Sovet repressiyalarının qurbanı olmuşdur.

Katın qətliamı 1940-cı ilin aprel may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22 000 polyak zabiti və ziyalısının kütləvi şəkildə soyqırım hadisəsidi.Bu kütləvi məzarlıq və soyqırım Katın meşəsində olduğu üçün qətliam Katın soyqırımı adını almışdı.

Qətliam SSRİ Xalq Daxil İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalin rəhbərliyindəki Sov.İKP MK Siyasi bürosunun təsdiqləməsindən sonra başlandı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı Sovet ordusunun əsir götürdüyü zabitlər,6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar,təxribatçı,fabrik sahibi, keşiş və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi.Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı,ukrayın,belarus və aralarında Polşa yəhudi icmasının baş ravini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.

Katın qurbanlarının sayı təqribən 22000 olaraq qəbul edilir və bu göstəricinin ən azı 21876 nəfəri Sovet sənədlərinə görə rəsmi olaraq təsdiqini tapmşdır.1990-cı ildə təsnif olunan Sovet sənədlərinə görə 3 aprel 1940-ci ildə 21857 polyak məhbusun edam edildiyi rəsmən sənədləşdirilmişdir.Ümumilikdə,Polşa ordusunun zabit heyətinin yarısı qətlə yetirildi.SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 14 Polşa generalı qətlə yetirildi.Öldürülən generallar Leon Billeviç,Bronislav Boqatıreviç,Ksaveri Çerniçki,Stanislav Haller,Aleksandr Kovalevski,Henrix Minkeviç, Kazımir Lukovski,Konstantin Plisovski,Rudolf Priç,Françişek Skorski,Leonard Skierski,Pyotr Skuratoviç,Meçislav Smoravinski və Aleyiz Vir- Konas idi.

Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində çox böyük kütləvi məzarlığın kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi.Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi.

Polşa vətəndaşlarının Sovet repressiyaları ilə üzləşməsi də elə bu dövrdə özünün ən yüksək mərhələsinə çatdı.Polşanın çağırış sisteminə görə ali təhsilli polyak gəncləri ehtiyat zabit hesab olunduğu üçün SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən onların əksəriyyəti əsir götürüldü.

Sovet İttifaqının Baltik ölkələrini işğal etməsi və Rumıniyadakı işğallar

1940-cl ilin ortalarında beynəlxalq səviyyədə diqqətin Fransanın almanlar tərəfindən işğalına yönəldiyi zaman Sovet ordusu Litva,Latviya və Estoniyaya daxil oldu.Bu işğallar Molotov Ribbentrop paktı əsasında gerçəkləşdirildi. Almaniya tərəfindən tam müdafiə edilirdi.Baltik ölkələrinin administrativ şəxsləri Sovet vətəndaşları ilə əvəz edildilər.Bu hadisələr zamanı 34.250 latviyalı,75.000 litvalı və 60.000 estoniyalı şəxs ya ölkələrini tərk etməyə məcbur oldular,ya da NKVD tərəfindən güllələndilər.Təşkil olunan saxta seçkilərdə yalnız Sovet İttifaqının təsdiq etdiyi və sovetpərəst şəxslər namizəd oldular.Bu cür keçirilmiş saxta seçkilərdə seçilən şəxslər dərhal öz dövlətlərinin Sovet İttifaqına birləşdirildiyini və milli ordularının ləğv edildiyini bəyan etdilər.SSRİ Sşesşupe bölgəsi də daxil olmaqla,bütün Litvanı özünə ilhaq etmişdi.Halbuki,razılaşmaya görə Litvanın Sşesşupe ərazisi alman işğal zonasına daxil olmalı idi.

Nəhayət,26 iyunda Fransanın Almaniya ilə atəşkəs imzalamasından sonra Sovet İttifaqı Rumıniyaya ünvanladığı ultimatumla Bessarabiyanı və gözlənilmədən Şimali Bukovinanı da tələb etdi.2 gün sonra,rumınlar Sovet İttifaqının tələblərini qəbul etdilər.Hertza bölgəsi başlanğıcda Sovet İttifaqı tərəfindən tələb edilməsə də,sonradan rumınların tələbləri qəbul etməsindən sonra işğal edildi.Növbəti köç dalğaları da Bessarabiya və Şimali Bukovinada reallaşdı.

1940-cı ilin yazında Sovet İttifaqına duyulan qorxu hissinə SSRİ-nin torpaq tələblərinə olan Alman dəstəyinə və öz hökumətinin etdiyi səhv hesablaşmalara görə Rumıniya bir xeyli ərazi itirdi.28 iyunla 4 iyul arasında Sovet İttifaqı Rumıniyadan Bessarabiyanı,Şimali Bukovina və Hertza bölgəsini işğal və ilhaq etdi.30 avqustda Ribbentrop və İtaliyanın xarici işlər naziri Qaleazzo Ciano İkinci Vyana Mükafatını imzaladılar və Şimali Transilvaniyanı Mazarıstana verdilər.7 sentyabrda Rumıniya Cənubi Dobruca ərazisini Bolqarıstana verdi.Rumıniyanı buna Berlin-Roma-Tokio oxu tərəfindən dəstəklənən Karvova müqaviləsi məcbur etmişdi.Müxtəlif hadisələrdən sonra irəlidəki bir neçə ay ərzində Rumıniya tədricən Almaniya işğalı altında olan ölkə vəziyyətinə düşdü.

Sovet İttifaqı tərəfindən işğal edilmiş ərazilər tədricən Sovet İttifaqına daxil olan respublikalara çevrildilər.İlhaqdan sonrakı iki il ərzində təxminən 100.000 Polşa vətəndaşı həbs edildi və 350.000-lə 1.5 milyon nəfər arası şəxs ölkəni tərk etməyə məcbur edildi.Onlardan 250.000-lə 1milyon nəfəri isə həyatını itirdi.Ölənlərdən əksəriyyəti mülki şəxslər idi.QULAQ və Sovet İttifaqının ucqar ərazilərindəki düşərgələrdə yerləşdirmələr nəticəsində belə yerlərin sayı sürətlə artdı.Norman Deyvisə görə bu düşərgələrdə yerləşdirilənlərin yarısı 1940-cı ilin iyuluna qədər artıq həyatlarını itiirmişdilər.

Gizli protokolda növbəti dəyişikliklər

1941-ci ilin 10 yanvar tarixində Almaniya və Sovet İttifaqı davam edən məsələləri həll etmək üçün yeni razılaşma imzaladılar.Yeni razılaşmadakı gizli protokolllar Alman-Sovet Sərhəd və Dostluq müqaviləsinin “Gizli Əlavə Protokolları” na dəyişiklik etdi.Nəticədə Litva keçidi 7.5 milyon dollar qarşılığında Sovet İttifaqına verildi.Yeni razılaşma Almaniya ilə Sovet İttifaqının sərhəddini rəsmi olaraq İqorka çayı və Baltik dənizi olaraq müəyyənləşdirdi.Həmçinin, 1940-cı ildə imzalanmış Alman-Sovet Kommersiya Razılaşmasının da müddəti 1942-ci ilin 1 avqustuna qədər uzadıldı.Yeni razılaşmada ticarət dövriyyəsinin artırılması da nəzərdə tutulmuşdur.Razılaşmada Baltik və Besarabiyadakı ticarət haqları,indi Sovet İttifaqı tərəfindən işğal edilmiş Baltik ölkələrindəki alman mülkiyyəti əvəzində verilməli olan kompensasiya hesablandı.Sovet İttifaqının yeni ələ keçirdiyi ərazilərdəki alman vətəndaşlarının və ya alman mənşəli şəxslərin 2-2.5 ay ərzində Almaniyaya,Almaniyanın nəzarətində olan Ağ Qvardiyaçıların da Sovet İttifaqına təhvil verilməsi qərara alındı.

Molotov -Ribbentrop Paktının ləğvi

Almaniya 1941-ci ilin iyun ayının 22-i,saat 03:15-də Barborossa əməliyyatı çərçivəsində Sovet İttifaqına hücum etdi.Bununla da,Almaniya Molotov-Ribbentrop paktını tək tərəfli olaraq pozdu.İşğal başlandıqdan sonra Sovet İttifaqının Molotov-Ribbentrop paktı nəticəsində qazandığı ərazilər bir neçə həftə ərzində itirildi.

Azərbaycan SSR İkinci Dünya Müharibəsi illərində

1941-1945-ci illərdə Azərbaycan SSR-in 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib.Onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb.Müharibə illərində Azərbaycandan gedən 123 şəxs Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.170 mindən çox əsgər,zabit müxtəlif orden və medallarla təltif edilib.Azərbaycan tarixçilərinin bildirdiyinə görə,həmin illər Bakı cəbhəyə 75 milyon ton neft göndərib,benzin və sürtkü yağlarına olan təlabatın 70-90 faizini ödəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see185

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see183

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see136

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see134

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see131

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see129

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see127

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see120

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see120

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see119

Bakıda və bölgələrdə güclü külək gözlənilir XƏBƏRDARLIQ

18 May 2025 19:33see118

Sudanda silahlıların hücumu nəticəsində 18 dən çox insan qətlə yetirilib

18 May 2025 18:38see118

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see118

“Üç aydır maaş almırıq, paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm”

18 May 2025 22:35see117

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see117

Rumıniyada Rusiyanın prezident seçkisinə müdaxiləsi qeydə alınıb

18 May 2025 21:48see115

“Neftçi” və “Qarabağ”dan qələbə YENİLƏNİB

18 May 2025 20:55see115

Baş prokuror Mazin Bin İbrahım Əl Kahmus ilə görüşdü FOTOLAR

19 May 2025 15:02see114

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see114

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri