Icma.az
close
up
RU
II Qaregin seçki öncəsi səhnəyə qayıtdı arxasında Moskva dayanır ŞƏRH

II Qaregin seçki öncəsi səhnəyə qayıtdı arxasında Moskva dayanır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya Cənubi Qafqazda köhnə ssenarini yenidən işə salır”

"Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək"

Ermənistanda iyun ayının 7-nə planlaşdırılmış növbəti parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının daha bir rəqibi aktivləşib. Bu, katalikos II Qaregindir. O da "Erməni Milli Konqresi", "Güclü Ermənistan" partiyası, “Hayastan” bloku kimi Nikol Paşinyanın məğlubiyyətini arzulayır və bu məqsədlə fəaliyyətə keçib.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında seçkiöncəsi II Qareginin yenidən “zühurunu” belə izah etdi: 

- Ötən dövr ərzində Ermənistan baş naziri kilsənin yaratdığı acınacaqlı durumdan imtina etməyə cəhd göstərirdi. Əslində bu proses N.Paşinyanın “II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var” iddiaları ilə gündəmə gəlmişdi. Baş nazirın komandasının sərrast ittihamlarından və effektli tədbirlərindən sonra II Qaregin bir müddət qeyb olmuşdu. Amma Erməni Apostol Kilsəsinin rəhbəri indi yenidən peyda olub. Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında II Qaregin erməni diasporuna  müraciət ünvanlayıb. Muraciətdə diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı da yer alıb. Həmçinin erməni mediasının verdiyi məlumata görə, katolikos 12 aprel tarixində gənclərlə görüşündə bəzi mesajlar verib. O, çıxışında bildirib: “Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb”. Heç şübhəsiz ki, II Qaregin Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşistlərə dəstək məqsədilə erməni diasporunun və digər qüvvələrin köməyindən yararlanmaq istəyir. Bütün bu proseslərdə Şimal qonşumuzun barmaq izləri görünür. Tarixə nəzər salsaq Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən hər zaman yararlanmağa çalışıblar. Onu da unutmaq olmaz ki, Moskva Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistanı asanlıqla əldən buraxacağı inandırıcı deyil və iyun seçkisi yaxınlaşdıqca digər sürprizlər gözləmək olar. Rusiya bütün vasitələrə əl atacaq ki, regionda hegemonluğunu qoruyub saxlaya bilsin. Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək. Unumayaq ki, Ermənistanda parlament seçkisi həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqət edilməli məqam isə budur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri