Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

II Qareginin və çevrəsinin çöküşü yaxınlaşır

II Qareginin və çevrəsinin çöküşü yaxınlaşır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Paşinyan “güzəşt olmayacaq” deməklə kilsəyə meydan oxudu

Erməni Apostol Kilsəsi dövlətin yürütdüyü siyasətə qarşı çıxmağa davam edir. Xarici ölkələrin birindən təlimat aldıqları və bunun əsasında hərəkət etdikləri şübhə doğurmayan din xadimləri adlanan bu şəxslər revanşist müxalifətlə gizli ittifaq quraraq daxildə qarışıqlıq salırlar. Kilsənin yüksək rütbəli din xadimləri uzun illərdir qılaflanaraq bu prosesdə iştirak etmədikləri görüntüsü yaratmağa çalışırlar. Ancaq ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarının 2025-ci il iyunun 25-də həyata keçirdikləri əməliyyat bir çox mətləblərə aydınlıq gətirdi.

Həmin gün Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı genişmiqyaslı istintaq hərəkətləri zamanı saxlanıldılar. İki gün sonra Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan da hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunaraq həbsə atıldı. Ermənistanın İstintaq Komitəsi yaydığı açıqlamada hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirdi. Onlara qarşı ittihamlar terror aktlarının hazırlanması, kütləvi iğtişaşlar və hakimiyyəti zorakılıqla devirməyə cəhdlə bağlıdır. Saxlanılan şəxslərin ələ keçirilən və ictimailəşdirilən səs yazıları bu qüvvənin necə dağıdcı qaragüruh olduğunu bir daha üzə çıxardı.

Ancaq hakimiyyət də kilsənin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin istefasında israr edir. Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bəyan edib ki, II Qareginin vəzifədən getməsi məsələsində heç bir güzəşt olmayacaq: “Kulminasiya hissəsinə gəlincə, mən artıq dedim ki, bunu Eçmiədzinin mərkəzi meydanında dini-mənəvi məzmunlu böyük hadisə kimi təsəvvür edirəm. Biz indi tədbirin vaxtı, təşkili və məzmunu ilə bağlı məsələləri müzakirə edirik”.

Baş nazirin sözlərinə görə, bu hadisə siyasi və ya inqilabi xarakter daşımayacaq, Erməni Apostol Kilsəsinin dəyərlərinə əsaslanacaq: “Orada siyasi çağırışlar, siyasi çıxışlar olmayacaq. Mənəvi məzmunlu çıxışlar olacaq”.

O, erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə bunun əksini etməkdə suçlayıb. “Heç bir kompromis olmayacaq, mən sizə açıq və birbaşa deyirəm. Bu, istisnadır. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı–S.H.) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”, – deyə Paşinyan bildirib.

* * *

Qeyd edək ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma N.Paşinyanın bu ilin mayın 30-31-də sosial şəbəkə hesabında yüksək rütbəli ruhaniləri tənqid etdiyi sərt bəyanatlarından sonra kəskinləşib. O, paylaşımlarda üstüörtülü şəkildə yazsa da, əslində, kilsənin mənəvi aşınmaya məruz qaldığına eyham vurub. Paşinyan arxiyepiskop B.Qalstanyanı nəzərdə tutaraq etdiyi ilk paylaşımında keşişi təkcə siyasi müdaxilədə deyil, mənəviyyatsızlıqda, riyakarlıqda və xalqın inancına xəyanətdə ittiham edib. Beləliklə, qarşıdurma təkcə siyasi yox, həm də əxlaqi-ideoloji müstəviyə daşınıb. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin əsas rol oynamasını irəli sürüb.

Tarixən erməni və Azərbaycan xalqları arasında qarşıdurmanın yaranmasında, milli ədavətin qızışdırılmasında xüsusi rol oyanyan, bu gün də revanşist qüvvə kimi çıxış edən Erməni Apostol Kilsəsinin zəiflədilməsi bizim maraqlarımıza uyğundur. Gəlin, bunu əsaslandırmağa çalışaq. Çünki tarixi qaynaqlar göstərir ki, iki xalqın münasibətlərinin gərginləşməsində siyasi amillərlə yanaşı, dini institutların da təsiri böyük olub. Bu baxımdan xüsusilə diqqətəlayiq nümunə erməni xalqının dini dayağı hesab edilən apostol kilsəsidir. Rəsmi olaraq mənəvi və dini dəyərlərin qoruyucusu funksiyasını daşıyan bu qurum əslində, çoxdan siyasi alətə çevrilib. Hələ XIX əsrin sonlarından etibarən Cənubi Qafqazda baş verən millətlərarası qarşıdurmalarda kilsə ideoloji mərkəz rolunu oynayaraq erməniləri azərbaycanlılara qarşı qızışdırıb.

Ötən əsrin əvvəllərində erməni silahlı dəstələrinin türk-müsəlman əhalisinə qarşı törətdiyi qırğınlarda kilsə xadimlərinin açıq-aşkar iştirakı tarixi sənədlərdə öz təsdiqini tapır. O dövrdə dini təbliğat milli kimliklə birləşdirilərək ermənilərin “tarixi torpaqlar uğrunda mübarizəyə” səfərbər edilməsi əsas hədəfə çevrilmişdi. Bu siyasət həm Osmanlı imperiyasına, həm də Azərbaycan torpaqlarına qarşı iddiaların ideoloji əsasını formalaşdırırdı.

Sovet dövründə belə kilsə öz təsir imkanlarını qoruyub saxladı. Xaricdəki erməni diaspor təşkilatları ilə sıx əlaqədə olan kilsə rəhbərliyi “tarixi ədalətsizlik” adı altında azərbaycanlılara qarşı nifrət hissini diri tutmağa çalışırdı. Hərçənd SSRİ-də dini fəaliyyət formal olaraq məhdudlaşdırılmışdı, amma dini bayram və mərasimlər vasitəsilə gizli şəkildə millətçi təbliğat aparılırdı. XX əsrin sonlarında Qarabağ münaqişəsi alovlanarkən kilsənin fəaliyyəti daha da açıq müstəviyə çıxdı. Xankəndi, Hadrut və ermənilərin kompakt yaşadıqları digər bölgələrdə keçirilən dini mərasimlərdə keşişlərin çıxışları birbaşa müharibəyə çağırış xarakteri daşıyırdı. Hətta bəzi hallarda erməni silahlı birləşmələri döyüşlərə kilsə xadimlərinin xeyir-duası ilə göndərilirdi. Beləliklə, mənəviyyat rəmzi sayılan kilsə dini deyil, siyasi məqsədlərə xidmət edən ideoloji vasitəyə çevrilmişdi.

Kilsə bu gün də eyni dəst-xətti davam etdirir. Bu dəfə Ermənistan Respublikasının dövlət siyasətinə zidd olaraq kilsə rəhbərliyi açıq şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyir. İctimaiyyət qarşısında səsləndirilən bəyanatlar, beynəlxalq dini təşkilatlara ünvanlanan müraciətlər, guya, Azərbaycanın “erməni mədəni irsinə qarşı təhdidləri” ittihamları bunun bariz sübutudur. Əslində, məqsəd dünya ictimaiyyətində yanlış təsəvvür yaratmaq, Ermənistanın əvvəlki rejimlərinin işğalçı siyasətinə bəraət qazandırmaqdır. Dini tolerantlığın, sülhün və insanları birləşdirən dəyərlərin daşıyıcısı olmaq əvəzinə, Erməni Apostol Kilsəsi əsrlərdir ziddiyyətlərin dərinləşməsində iştirak edir. O, tarixi faktların təhrif olunmasında, nifrət toxumlarının səpilməsində, Azərbaycan və türk xalqlarına qarşı düşmənçiliyin formalaşdırılmasında aparıcı ideoloji rol oynayıb. Bu isə kilsənin missiyasına tam zidd fəaliyyətdir. Erməni Apostol Kilsəsinin təsir imkanlarının zəifləməsi regionda qarşıdurma ritorikasının da gücdən düşməsi deməkdir. Eyni zamanda kilsənin nüfuzunun azalması erməni cəmiyyətində radikal çağırışlara dayaq verən ideoloji bazanın tədricən yox olmasına gətirib çıxarıb. Ona görə də bu proses Azərbaycanın maraqlarına tam uyğun gəlir və sülh gündəliyinin irəliləməsinə şərait yaradır.

* * *

Ermənistan Baş nazirinin parlamentdə hökumət saatı zamanı səsləndirdiyi son bəyanat da bu baxımdan diqqəti cəlb edir və Paşinyanın geri çəkilməyəcəyindən xəbər verir. Bu bəyanat ölkənin daxili siyasi gündəminin əsas müzakirə mövzusuna çevrilib. Paşinyan açıq şəkildə bildirib ki, II Qareginin vəzifədən getməsi məsələsində kompromis olmayacaq. Onun sözlərinə görə, bu, sırf mənəvi xarakterli hadisə kimi təqdim olunacaq və siyasi məzmun daşımayacaq. Baş nazirin bu sözləri əslində həm kilsənin nüfuzuna, həm də Ermənistan cəmiyyətində tarixi ənənələrə qarşı sərt mövqe kimi dəyərləndirilir. Maraqlıdır ki, Paşinyan prosesi “Eçmiədzinin mərkəzi meydanında dini-mənəvi məzmunlu böyük tədbir” kimi təsəvvür etdiyini bildirir. Bu, bir tərəfdən hökumətin kilsəni xalq qarşısında nüfuzdan salmaq niyyətindən xəbər verir, digər tərəfdən isə hakimiyyətin dini institutu tamamilə siyasi nəzarət altına almaq istədiyini göstərir.

Paşinyanın çıxışında diqqətçəkən digər məqam kilsənin insanları mənəvi dəyərlərə deyil, əksinə, nifrət və qarşıdurmaya yönəltdiyi barədə ittihamıdır. Bu, əslində, Ermənistan cəmiyyətində uzun illərdir müzakirə olunan, lakin yüksək səviyyədə açıq dillə ifadə olunmayan reallığın təsdiqi kimi qəbul edilir. Çünki Erməni Apostol Kilsəsi təkcə dini ibadət məkanı deyil, həm də siyasi və ideoloji tribuna funksiyasını daşıyır.

Bu gün Paşinyan kilsə ilə açıq qarşıdurmaya gedərək bir tərəfdən öz hakimiyyətini möhkəmləndirməyə, digər tərəfdən isə ictimaiyyətə “islahatçı lider” obrazını göstərməyə çalışır. Onun sərt ritorikası “kompromis olmayacaq” ifadəsində öz əksini tapır. Hökumət başçısı bununla həm də mesaj verir ki, köhnə siyasi-mənəvi dayaqların təsir gücü zəiflədilməlidir. Əgər Paşinyan kilsəni arxa plana keçirməyə nail olarsa, bu, Ermənistanda hakimiyyət balansının dəyişməsi, dini institutun isə təsir imkanlarının xeyli azalması ilə nəticələnəcək. Bu isə regionun sabitliyi baxımından da önəmlidir. Çünki Erməni Apostol Kilsəsinin zəifləməsi Azərbaycanla münasibətlərdə nifrət ritorikasının da zəifləməsi deməkdir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri