“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə tanış olublar
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 noyabr, AZƏRTAC
Gənclərin ekoloji savadlılığını artırmaq, təbiət elmlərinə maraqlarını təşviq etmək və iqlim prosesləri barədə praktiki biliklərini dərinləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iştirakçılar üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ekskursiya çərçivəsində gənclər əvvəlcə Hidrometeoroloji Muzeyi ziyarət ediblər. Onlara ölkəmizdə hidrometeorologiya sahəsinin tarixi inkişaf mərhələlərini əks etdirən meteoroloji cihazlar, müxtəlif ölçmə alətləri, arxiv fotoşəkillər haqqında ətraflı məlumat təqdim olunub.
Daha sonra iştirakçılar Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Burada müasir hava proqnozlaşdırma sistemlərinin iş prinsipləri, erkən xəbərdarlıq xidmətinin əhəmiyyəti, radar məlumatlarının emalı prosesi və hidrometeoroloji məlumatların toplanması, təhlili və proqnozların hazırlanması mexanizmi gənclərə izah edilib.
Ekskursiya interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya zamanı iştirakçılar iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə mövzularında mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 14 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















