III MDB Oyunları: Bu gün kamandan oxatma yarışlarında Azərbaycanın beş idmançısı mübarizə aparır Kamandan oxatma yarışlarının 1/8 final mərhələsi keçirilir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xankəndi, 3 oktyabr, Tahir Agaməmmədov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kamandan oxatma yarışlarının ikinci gününə 1/8 final mərhələsində ilk olaraq oğlan idmançılar mübarizəyə qoşulublar.
Rusiya təmsilçisi Ali Lobashev və Azərbaycanı təmsil edən Sərdar Vəliyev 5-ci hədəfdə qüvvələrini sınayır. Digər qarşılaşma isə Azərbaycanlı oxçu Nurlan Rəhimli və Qırğızıstan idmançısı Lutfullakh Altybaev arasında 7-ci hədəfdə davam edir.
Oğlanların 1/8 final mərhələsi yekunlaşdıqdan sona qız idmançılar mübarizə aparacaq . Azərbaycan təmsilçisi Nilufər Ağaməmmədli 4-cü hədəfdə rusiyalı Mariia Taraiarova ilə qarşılaşacaq. 5-ci hədəfdə isə rusiyalı Aleksandra Tsydenova və Azərbaycanlı Sümeyyə Bədəlli mübarizə aparacaq. 6-cı hədəfdə isə özbək idmançısı Bibihojar Yuldosheva ilə Azərbaycan təmsilçisi Fatimə Hüseynli qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















