III MDB Oyunlarının keçirildiyi ərazilərdə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Yarışlara çoxsaylı tamaşaçı və iştirakçılar qatıldığından nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti daim diqqət mərkəzində saxlanılır.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN tərəfindən yarışların keçirildiyi ərazilərdə təhlükəsizliyin təmin olunması və nəqliyyatın fasiləsiz hərəkətinin təşkili məqsədilə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bu çərçivədə yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından xahiş olunur ki, yol nişanlarına və qaydalara ciddi riayət etsinlər və yarışların təhlükəsiz, maneəsiz keçirilməsinə dəstək versinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















