III tura bu gün start verilir KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında III tura bu gün start veriləcək.
KONKRET.az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.
İlk olaraq “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir.
Günün ikinci oyununda “İmişli” “Şəfa”nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq. Bölgə təmsilçisi 1 xalla 8-ci, paytaxt klubu 3 xalla 6-cı sıradadır.
Misli Premyer Liqası
I dövrə, III tur
29 avqust
18:00. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“SOCAR Polymer Arena”
Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 29 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















