III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Özbəkistanın “Paxtakor” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Finalda isə “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə qarşılaşıb. Görüş Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Drukarz” turnirin qalibi olub, “Ulduz” FA isə ikinci yeri tutub.
Fərdi nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib.
Ən yaxşı oyunçu Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”, Gürcüstan), turnirin bombardiri Əli Əliyev (“Qarabağ”, Azərbaycan), ən yaxşı qapıçı isə Dilqəm Salmanov (“Ulduz” FA, Azərbaycan) seçilib.
Qeyd edək ki, III “Ulduz Cup” Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.
“Qarabağ”dan yeni transfer - RƏSMİ ÇL: “Sabah” “Barselona” və “Arsenal”a rəqib oldu - YENİLƏNİB “Karvan-Yevlax”dan yeni transfer Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















