Icma.az
close
up
RU
IJF nin prezidenti Marius Vizer: Əminəm ki, əla bir yarış alınacaq və...

IJF nin prezidenti Marius Vizer: Əminəm ki, əla bir yarış alınacaq və...

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer İdman.biz-ə danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- Azərbaycanda cüdonun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə, Azərbaycanı Paris-2024 Yay Olimpiya Oyunlarındakı 2 qızıl medal qazanması münasibətilə təbrik edirəm. Çünki bu, ölkə cüdosu üçün ən yaxşı nəticədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və onun komandasını da təbrik edirəm. O, son 4 ildə çox böyük işlər görür. Medallardan başqa, Azərbaycanda cüdonun inkişafı naminə həm sosial, həm də təhsil proqramlarının həyata keçirilməsinə nail olub.

- Milli Gimnastika Arenasında keçirilən "Böyük Dəbilqə"ni izlədiniz. Təşkilatçılıq və Azərbaycan cüdoçularının nəticələri barədə fikirləriniz necədir?

- Bakıdakı "Böyük Dəbilqə", həmişəki kimi, çox əla tədbir idi, yüksək səviyyədə və peşəkarcasına təşkil olunmuşdu, dostluq, qarşılıqlı hörmət şəraitində keçdi. Medal qazanan azərbaycanlı cüdoçuları təbrik edirəm. 1 qızıl, 1 gümüş və 3 bürünc medal yaxşı nəticədir.

- Elnur Məmmədli Pekin-2008 Yay Olimpiya Oyunlarında, Hidayət Heydərov və Zelim Kotsoyev isə Paris-2024-də qızıl medal qazandıqdan sonra cüdo qaydalarında dəyişikliklər etdiniz. Bunlar təsadüfi deyildi?

- Bəli, məlumatlıyıq (gülür - red.). Hər bir Olimpiadadan sonra nəticələrə və dəyişən qaydalara əsasən, 4 illik dəyərləndirmə aparırıq. Nələr yaxşı deyilsə, onların hamısını düzəltmək və ən yaxşı texnika, ən yaxşı "fair play" və cüdo yarışı üçün ən yaxşı cəlbediciliyi təşviq etmək imkanımız olur.

- 2026-cı ildə Bakıda dünya çempionatı keçiriləcək. 8 ildən sonra Azərbaycanın ikinci dəfə təşkilatçılıq edəcəyi mundialdan nə gözləyirsiniz?

- Növbəti il dünya çempionatının Bakıda keçiriləcəyindən çox məmnunuq. Bu, böyük tədbir və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə baxımından ilk addım olacaq. Əminəm ki, əla bir yarış alınacaq və həmişəki kimi, ən yüksək səviyyədə təşkil ediləcək.

- Rusiya və Belarus milli komandalarının beynəlxalq yarışlarda iştirakı nə zaman mümkün olacaq?

- Rusiya və Belarus cüdoçularının nə zaman qayıdacaqlarını gözləyirik. Ümidvaram ki, biz onları tezliklə görəcəyik və sülh bərqərar olacaq. Belə də bizim cüdo ailəmizin üzvləridirlər, bizimlədirlər. Düşünürəm ki, növbəti Yay Olimpiya Oyunlarında olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri