Icma.az
close
up
RU
İkardi ilə Nara arasında növbəti qalmaqal

İkardi ilə Nara arasında növbəti qalmaqal

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi ilə qalmaqallı həyat yoldaşı Vanda Nara arasındakı gərginlik bitmək bilmir.

Baxmayaraq ki, onlar hələ martda rəsmi şəkildə boşanıblar. Ancaq bu ikili arasında mülkiyyət bölgüsünə dair məhkəmə davam edir. Mayın 28-də məhkəmənin növbəti iclası keçirildi. Argentinalı jurnalist Fakundo Luis Ventura öz səhifəsində bu məhkəmənin gedişinə dair maraqlı detalları paylaşıb.
Onun sözlərinə görə, bir ara vəziyyət nəzarətdən çıxıb və məhkəmə salonu az qala boks rinqinə çevrilib. Hər iki tərəf əlinə keçəni bir-birinə firlatmağa başlayıb. Məhkəmənin ən gərgin anı isə Vandanın xəyanət görüntülərinin ekrana gətirilməsi zamanı yaşanıb. Bu görüntülər məhkəmə salonunda yerləşdirilən monitorda nümayiş etdirilib. Orda Vandanın İkardiyə Keyta Balde ilə xəyanət etməsinə dair görüntülər sübut kimi göstərilib. Məhz həmin an Nara özündən çıxaraq hisslərinə hakim ola bilməyib.
İddialara görə məhz bu məhkəmədə Vandanın İkardiyə 3-cü şəxslə də xəyanət etdiyi üzə çıxıb. Onun Keyta Balde ilə qısamüddətli, eləcə də sonuncu dəfə reper L-Gante ilə bir neçə ay davam edən münasibəti heç kimə sirr deyildi. Amma sən demə, Nara həmyerlisi Federiko Fatsio ilə də gizli eşq macərası yaşayıbmış! “Sevilya”, “Tottenhem”, “Roma” və “Salernitana”da forma geymiş 38 yaşlı Fatsio artıq karyerasını başa vurub. Fakundo Luis Ventura məhkəmənin yekunlarına aid bunları yazıb:

“Bu dəfə İkardi qalib gəldi. Vanda heç bir açıqlama vermədən məhkəmə salonunu tərk etmək məcburiyyətində qaldı”.

Məhkəmənin ardından tanınmış futbolçunun “instaqram”ın hekayəsindəki paylaşımı da diqqət çəkib. O, süni intellekt ilə hazırlanmış məşhur aktyor Conni Depplə birlikdə olan şəklini paylaşaraq “Conni, bir aya bizi çəhrayı maşında görəcəksən, bu iş mənim də cox xoşuma gəlir” sözləri ilə növbəti dəfə Vandaya söz atıb.
Nara sonuncu dəfə çəhrayı rəngdə olan bahalı “Lamborgini”si ilə şəkil çəkdirərək “instaqram”da paylaşım etmişdi. Bu maşın əslində İkardiyə məxsusdu. Nara özü boşanma prosesinin gedişində maşını çəhrayı rəngə boyatdırıb!
İkardi təkcə bununla kifayətlənmək istəmir. O eyni zamanda uşaqların qəyyumluq hüququnu qazanmaq niyyətindədi. Ancaq bu məsələ bir qədər qəliz görünür. İkardi hər vəchlə uçaqları Türkiyəyə gətirmək istəsə də, məhkəmə buna icazə vermir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri