İkardinin maşın sürməsinə qadağa qoyuldu
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hazırda azad agent statusunda olan tanınmış futbolçu Mauro İkardi Argentinada növbəti qalmaqalın mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, Buenos-Ayres polisi təcrübəli hücumçunun ölkə ərazisində avtomobil idarə etməsinə müvəqqəti qadağa qoyub.
Sərt qərarın qəbul edilməsinə sosial şəbəkələrdə yayılan görüntülər səbəb olub. İkardinin sükan arxasında olduğu zaman sevgilisi Çina Suares təhlükəsizlik kəmərini çıxararaq hərəkətdə olan avtomobilin pəncərəsindən gövdəsini çölə çıxarıb. Yayılan kadrlar yol hərəkəti təhlükəsizliyinin kobud şəkildə pozulması kimi dəyərləndirilib. pizza mizza
Polis daha bir qayda pozuntusunu üzə çıxarıb. İkardinin Argentina sürücülük vəsiqəsinin müddətinin hələ 2019-cu ilin may ayında başa çatdığı müəyyən edilib.
Futbolçu isə qərara etiraz edərək 2029-cu ilə qədər etibarlı olan İtaliya sürücülük vəsiqəsinə sahib olduğunu bildirib və qadağanın ləğv edilməsini tələb edib.
Baxış sayı:142
Bu xəbər 22 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















