İran ABŞ və İsraili hədələdi: “Cavabımız gözlənilməz olacaq!”
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın İranın Qeşm adasına zərbəsindən sonra Tehran Vaşinqtona və İsrailə qarşı sərt bəyanatlarını artırıb. İran rəsmiləri mümkün yeni hücumun daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyini bildirirlər.
Moderator.az xəbər verir ki, “Reuters”in məlumatına görə, İran rəsmisi ABŞ-la müharibəyə son qoyacaq razılaşmanın hələ uzaqda olduğunu deyib. Tehran Vaşinqtonun “həddindən artıq tələblərini” qəbul etmək niyyətində deyil.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ-a xəbərdarlıq edərək bildirib ki, mümkün yeni təxribatlara cavab gözlənilməz olacaq. Onun sözlərinə görə, müharibənin qarşısını almaq üçün növbəti addım Vaşinqtondan asılıdır.
İran ordusunun sözçüsü Məhəmməd Əkrəmi də mümkün hərbi qarşıdurma zamanı ABŞ-ın regiondakı aktivlərinin və maraqlarının hədəfə alına biləcəyini bildirib. O, yeni müharibənin coğrafiyasının Qərbi Asiya ilə məhdudlaşmaya biləcəyini vurğulayıb.
Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi Körfəz ölkələri ilə regional təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
“The Wall Street Journal” yazır ki, diplomatik danışıqlarda irəliləyişin olmaması Körfəz ölkələrində narahatlığı artırıb. Region dövlətləri mümkün eskalasiya zamanı iqtisadi və mülki infrastrukturlarının hədəfə çevriləcəyindən ehtiyat edirlər.
Baxış sayı:54
Bu xəbər 03 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















