İki bacının həlak olduğu qəzada yaralanan şəxslərin vəziyyəti AÇIQLANDI
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Gununsesi.info bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, 27.12.2025-ci il tarixində saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərdən (qadın) 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova olublar.
Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetmədən çıxaraq Mil-Muğan kanalına düşüb. 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















