İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokuna start verilib.
Apasport.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
50 kq-da Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Dünya kubokuna 8 boksçusu ilə yollanıb.
Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq Boksçularımızdan 5 medal Zona birincilikləri başa çatıb Azərbaycanın altı boksçusu Gürcüstanda keçirilən beynəlxalq turnirdə rinqə çıxacaq Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 15 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















