İki BOKT cərimələndi 26 min manatlıq inzibati cəza
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri çərçivəsində iki bank olmayan kredit təşkilatı üzrə inzibati tədbirlər görülüb.
Modern.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar BOKT “Embafinans” QSC və onun vəzifəli şəxsi, eləcə də “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinə əsasən “Embafinans” QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat cərimələnib.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə isə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsinə 2 min manat cərimə tətbiq olunub.
Qeyd edək ki, “Embafinans” QSC-nin səhmlərinin 86%-i Elşad Abbasova, 14%-i Tamara Polyakovaya məxsusdur. “Caspian İnvest” BOKT-un təsisçiləri isə Nurlan Şərifov və İbrahim Salmanovdur və onların hər biri təşkilatda 50% paya sahibdir.
Baxış sayı:145
Bu xəbər 31 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















