Icma.az
close
up
RU
İki dəfə məhkum olunmuş qaçqın prezident Viktor Yanukoviç haradadır?

İki dəfə məhkum olunmuş qaçqın prezident Viktor Yanukoviç haradadır?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Viktor Yanukoviç  - hakimiyyətə gələndə arxasında Donbasın sənaye şəhərləri, Kremlə uzanan əlaqələr və sakit bir xalq vardı. Hakimiyyətdən gedəndə isə arxasınca yanan meydanlar, cansız bədənlər və parçalanmış bir Ukraynanı buraxdı.

O, dövlətini Moskvanın kölgəsində saxlayan lider idi.

Gənclik illərində 2 dəfə məhkum olunmuş bir insanın prezidentliyə qədər yüksəlməsi yalnız siyasi paradoks deyildi. Bu həm də bir ölkəni gözləyən gələcək faciələrdən xəbər verirdi.

Viktor Yanukoviç hakimiyyətinin ən mühüm mərhələsi 2013-cü ildə Avropa İttifaqı ilə razılaşmadan imtina etdiyi gün başladı. Həmin gecə Kiyevin küçələrində milərlə insan təkcə bir sənədə deyil, ölkənin gələcək taleyinə etiraz edirdi.

Xalqın kütləvi etirazlarına tab gətirə bilməyən Yanukoviç ölkədən qaçdı. Əvvəl Krıma, oradan isə Rusiyaya qaçdı.

Cinayətlərdən Prezident Sarayına

1950-ci ildə Donetsk vilayətində dünyaya gələn V.Yanukoviç ziidiyyətli tərcümeyi-hala sahibdir.

Gənclik illərində iki dəfə məhkum olunması sonradan dövlət başçısı səviyyəsinə qədər yüksələn bir siyasətçi üçün qeyri-adi başlanğıc idi. Məhz bu keçmiş onun haqqında “qapalı sistemin yetirməsi” deyənlərin arqumentlərini gücləndirdi.

Donbas bölgəsində formalaşan siyasi karyerası onu əvvəlcə qubernatorluğa, daha sonra baş nazirliyə gətirdi. 2010-cu ildə isə o, Yuliya Timoşenkonu məğlub edərək Ukraynanın prezidenti oldu. Beynəlxalq müşahidəçilər seçkiləri formal olaraq legitim saysa da, Yanukoviçin hakimiyyəti ilk gündən Qərblə gərgin münasibətlərlə müşahidə olundu.

Rusiyapərəst kurs

Yanukoviçin prezidentliyinin əsas xətti rusiyayönlü siyasət idi. O, NATO və Avropa İttifaqı ilə inteqrasiyanı faktiki olaraq dondurdu, Moskva ilə enerji və kredit asılılığını dərinləşdirdi, 2013-cü ildə Avropa İttifaqı ilə Assosiasiativ üzvlük Sazişini son anda imzalamamaqla ölkəni geosiyasi seçim qarşısında qoydu.

Məhz bu qərar Ukraynada “Avromaydan” etirazlarını alovlandırdı. Kiyevin mərkəzində başlayan aksiyalar aylar ərzində onlarla insanın ölümü ilə nəticələnən milli üsyana çevrildi.

Rusiyadan hərbi yardım istəyi və hakimiyyətdən devrilmə

21-22 fevral 2014-cü ildə Ukrayna Parlamenti Viktor Yanukoviçi vəzifədən uzaqlaşdırdı. O, əvvəl Krıma, daha sonra isə Rusiyaya qaçdı. Rusiya hakimiyyəti onu himayə və təhlükəsizliyini təmin etdiyini rəsmən açıqladı. V.Yanukoviç isə Rusiyada olduğu müddətdə özünü hələ də “legitim prezident” saydı.

4 mart 2014: Moskvaya ünvanlanan xəyanət məktubu

V.Yanukoviçin siyasi taleyində dönüş nöqtələrindən biri 4 mart 2014-cü il oldu. Həmin gün Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, devrilmiş Ukrayna lideri Viktor Yanukoviç Moskvaya rəsmi məktub yazaraq “dinc əhalinin qorunması məqsədilə Rusiya hərbi birləşmələrinin Ukraynaya göndərilməsini” xahiş edib.

Çurkin Yanukoviçin bu müraciəti 1 mart, 2014-cü il tarixində yazılı formada birbaşa Rusiya Prezidenti Vladimir Putinə göndərdiyini açıqladı. Nyu-Yorkda keçirilən iclas zamanı o, Yanukoviçin imzaladığı məktubun surətini də nümayiş etdirdi. Məktubda Yanukoviç Ukraynada rus dilində danışan əhalinin “təqib edildiyini, ölkənin isə vətəndaş müharibəsinin astanasında olduğunu” iddia olunurdu.

Kiyev üçün bu, artıq siyasi səhv yox, dövlətə xəyanət idi.

Məhkəmə hökmü və siyasi mühacir həyatı

2019-cu ildə Ukrayna məhkəməsi Yanukoviçi dövlətə xəyanətdə təqsirli bilərək barəsində 13 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxardı. Bu gün o, Rostov vilayətində və ya Moskva ətrafında mühafizə altında yaşayır.

Yanukoviçin ətrafındakı şəxslərin taleyi də eyni siyasi istiqamətli olub.

Azarov hökmü: Yanukoviç dövrünə hüquqi qiymət

Yanukoviç hakimiyyəti dövründə Uktraynanın Baş naziri olmuş Nikolay Azarov da Ukrayna məhkəməsinin qərarı ilə 15 il həbs cəzasına məhkim edilib. Ona qarşı irəli sürülən əsas ittihamlar Ukraynanın suverenliyinə qarşı fəaliyyət, Dövlət çevrilişinə yardım, Avropa inteqrasiyasının bilərəkdən sabotajı ilə bağlı olub.

Hazırda Azarov Rusiyada yaşayır. Kiyev bu hökmü yalnız bir məmurun cəzalandırılması deyil, bütöv bir rusiyayönlü siyasi dövrə verilən hüquqi qiymət kimi dəyərləndirir.

Mejiqorye: dəbdəbənin və korrupsiyanın simvolu

Viktor Yanukoviç devrildikdən sonra onun Kiyev yaxınlığındakı məşhur Mejiqorye iqamətgahı Milli Park kimi ictimaiyyətə açıldı. Qızıl işləməli interyerlər, yüz milyonlarla dollar dəyərində avtomobil kolleksiyası, şəxsi zoopark və yaxta körpüsü Ukrayna cəmiyyətinə hakimiyyətin pərdəarxasını bütün çılpaqlığı ilə göstərdi. İqamətgah bu gün Ukraynada korrupsiyanın simvoluna çevrilib.

Şəxsi həyatında faciə

45 illik evlilikdən sonra arvadı Lyudmila ilə boşanan V.Yanukoviçin iki oğlu var.

Kiçik oğlu Viktor 2015-ci ilin martında Rusiyada Baykal gölündə baş verən faciəvi hadisə nəticəsində həlak olub. O, 2006-2014-cü illərdə Ukrayna parlamentinin deputatı olmuşdu. Kiçik Viktor buzla örtülmüş göl üzərində avtomobillə hərəkət edərkən buz sınıb və o, suya düşərək həyatını itirib. Bu faciə böyük Yanukoviçin artıq sürgündə keçən həyatına daha bir ağır zərbə kimi düşüb.

Yanukoviçin böyük oğlu Oleksandr da Rusiyada yaşayır. Onun artıq Rusiya vətəndaşlığını alaraq bu ölkədə bizneslə məşğul olduğu deyilir. Stamotologiya üzrə ali təhsil alan Oleksandr bankçılıqdan inşaata qədər müxtəlif sahələrdə fəaliyyət göstərən "Mako Holdinq"ə rəhbərlik edir.

Tarix Yanukoviçi necə xatırlayacaq?

Bu gün Viktor Yanukoviç artıq devrilmiş prezident, dövlətə xəyanətdə günahlandırılan şəxs, Rusiyaya sığınmış Ukrayna siyasətçisi kimi xatırlanır. Onun hakimiyyəti Ukraynanın Avropa ilə inteqrasiya yolunu illərlə ləngitdi, ölkəni isə Rusiya ilə açıq qarşıdurmanın astanasına gətirdi.

Bir zamanlar milyonların səsi ilə seçilən Yanukoviç bu gün öz ölkəsinə dönə bilməyən, qərarları ilə Ukraynanın geopolitik taleyini dəyişən ən mübahisəli fiqurlardan biri olaraq tarixdə qalır.

İlhamə Qasımlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri